Menu

Bu gün Məhərrəm ayı başlayıb

21.08.2020, 00:19
Bu gün Məhərrəm ayı başlayıb

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.“Report” xəbər verir ki, Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür.

Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub.

Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.

Şərhlər

Aborigen 2020-08-21 09:12:36

Ramazan ayı 29 gün olandan sonra, nəhayət ki, Zilheccə ayı da 30 gün oldu. Kərbəlada şəhid olanlar bu imansız oyunbazlara qənim olacaq!!

Mirzə AĞ 2020-08-21 08:25:04

Gözlərimiz aydın!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol