Menu

Belarus müxalifəti Rusiya ilə münasibətlərə müsbət baxır

21.08.2020, 13:15
Belarus müxalifəti Rusiya ilə münasibətlərə müsbət baxır

“Biz Rusiya Federasiyası və təbii ki, Avropa İttifaqı ilə maksimal xoş münasibətlərdən yanayıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu müxalifətin yaratdığı Koordinasiya Şurasının rəyasət heyətinin üzvü Pavel Latuşko söyləyib.

Məlumata görə, o, bunu şuranın Rusiya ilə münasibətləri pisləşdirmək istiqamətində işlər gördüyünə dair fikirlərə cavab vermək məqsədi ilə bildirib.

Qeyd edək ki, avqustun 19-da Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifəti ölkəni Rusiya ilə qarşıdurmaya çəkməkdə günahlandırıb.

Şərhlər

Türk 2020-08-21 14:44:40

Belarusiya ilə bizim Rusiyaya münasibəti eyniləşdirmək olmaz. Ona görə ki,onlar eyni millətdirlər. Bizimlə Türkiyə kimi. 2-cisi də Belorusiyanın erməni kimi düşməni,Qarabağ problemi yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol