Menu

Həkimlər Navalnıya ilkin diaqnoz qoydular

21.08.2020, 14:35
Həkimlər Navalnıya ilkin diaqnoz qoydular

Həkimlər zəhərləndiyi güman edilən siyasətçi Aleksey Navalnıya ilkin diaqnoz qoyublar.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, A.Navalnıda maddələrin mübadiləsində pozuntu baş verib. Bu, qandakı şəkərin azalmasına səbəb olub.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.

Şərhlər

Özgür 2020-08-21 16:02:42

komanda yox, komada olmalıdır aydındırmı?

Murad 2020-08-21 15:39:15

Merhaba

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol