Menu

Bakıda mikroavtobus ağır qəzaya düşdü - Ölən var

08.10.2014, 12:03
Bakıda mikroavtobus ağır qəzaya düşdü - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, 9-cu mikrorayon Mir Cəlal küçəsində Əsgərov Tural Rauf oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Həşimov Elsevər Fərman oğlunun sürdüyü "Daewoo Damas" markalı mikroavtobus toqquşub.

Nəticədə E.Həşimov və rəsnişini İlham Əsgərov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq E.Həşimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol