“Sosial şəbəkələrdə, saytlarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı xeyli informasiyalar yayılıb. Onun da cavabı hamıya bəllidir. Çox təəsüf edirəm ki, Siyavuş Novruzov jurnalistlərin suallarına aqressiv cavab verib”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Siyavuş Novruzovun həmin toyda iştirak etməsi bir neçə baxımdan qəbuledilən deyil: “Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri kimi toyların, yasların, kütləvi tədbirlərin keçirilməsinin ölkə miqyasında qadağan olunmasını bildiyi halda bu tələbə riayət etməyib. Əslində biz deputatlar, yüksək səviyyəli məmurlar, cəmiyyətdə tanınan insanlar hərəkət və davranışları ilə həmişə nümunə göstərməlidirlər. Ancaq Siyavuş Novruzov bu qaydanı pozub. Mən təəssüf hissi keçirirəm ki, bu addımı atıb”.
F.Ağamalı bildirib ki, Siyavuş Novruzovun bu addımı cəmiyyətdə qınaq hədəfinə çevrilib: “Ortada təbii ki, qanunazidd addım var. Bu məsələ parlamentin rəhbərliyi səviyyəsində nəzərə alınacaq. Bu məsələyə diqqət yetiriləcək. Rəhbərlik hansı qərarı qəbul etsə, bu başadüşülən olacaq. Əgər belə bir məsələnin İntizam Komissiyasında müzakirə olunması məqbul hesab edilsə, biz buna baxacağıq”.


Şərhlər
Bəs obmudsmanı hansı cəza gözləyir və bu cəzanı ona kim və nə vaxt verəcək?
SIYAVUW DEYIR ECEB EDIB ERMENI TOYUNA GETMIWEM
siyavuşa deyəndə yc almaq ucün UNİVERİSİTEYİN kolidorunda müəllimlərin ardınca düşürdü.İNANMIRDIZ baxın hər cobanın boynuna bir qalustuk taxıb MM-oturdanda elimlər doktoru edəndə bilmirdiz MƏNİM ƏZİZ MÜƏLLİMİM FƏZAİL axırı belə olacaq.
malades
"“Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri kimi toyların, yasların, kütləvi tədbirlərin keçirilməsinin ölkə miqyasında qadağan olunmasını bildiyi halda bu tələbə riayət etməyib." Niyə? Bu adam məgər pzünü idarə edə bilmir? Bəlkə hər şeyi qəsdən edərək nəyinsə anonsunu verir? Və yaxud məşhur atalar sözündə deyildiyi kimi ALLAH adamın hər şeyini almaq istəyəndə ilk olaraq ağlını alır?
Yekabaşlara qalstuk taxdırıb ortaya çıxardanda bunu düşünmək lazım idi.hər yoldan ötəni deputat,vəzifə sahibi edənlərin düşüncələri nəticələrini göstərir.
Necesiniz?
Niyəki əməl elemeyib.Eliyib bir azda o terefe kecib.O ora toya getmeyib ha.O ora kəsfiyat aparmaq gedibmis,cunki o əfqanistanda nacalnik razvedkanin sədri olub axi.Nə isə aqlamali və gulmeli işlər və ilaxir.
Siyavuş kimi bisavadlar.yalandan özünə "doktor" yapışdıranlar ctimaiyyətdən uzaq olmalıdırlar.O millətin utanc teridir.Nə elmi var.nə danışıq tərzi.Onun YAP-da saxlanması YAP-ın nə partiya olduğuna bir başa dəlalət edir.Belə səviyyəsiz və gülünc bazası olan insanları hökumət sıralarında saxlaması dövlət idarəçiliyinin iflas etdiyinə sübutdur. Belələrindən ölkə xilas olmasa daha əcaib hallar baş verəcək.Mehdiyev,Məhərrəmov.Novruzov,o yandan Hadı Rəcəbov və hətta Baş nazir dövlətin qanunlarına meydan oxuması,millətlə hesablaşmaması anlaşılan deyil.
Qanunların icrasına, insan haqqlarının müdafiyasine ən məsul olan ombudsman toy iştirakçısı olursa, siyaquşun məsuliyyəti onun yanında dəryada damla qedardir.
siyaquşa da 15 sutka ( başı qırxılmaq şərtilə) verilməlidir. Qanun hamı üçün eynidir...
ANALOQU OLMAYAN MUXALIFET YAPCINI QORUYUR,HEMIWEKI KIMI
Derhal hers olunmalidir