Menu

Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?

22.08.2020, 15:20
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?

İnzibati qaydada həbs edilən sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev Daxili İşlər Nazirliyinin Binəqədi rayonu ərazisində yerləşən inzibati həbs olunanların saxlama Mərkəzində saxlanılacaq.

"Report" xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə 15 sutka müddətinə inzibati həbs cəzası verilən hər iki şəxs qandallanaraq Mərkəzə aparılıb.

Xatırladaq ki, bu gün İ.Əliyevin və qudasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qərarına əsasən, o və qudası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib, hərəsi 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Onlar karantin rejimi qaydalarını pozaraq toy etdiklərinə görə cəzalandırılıblar.

İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Şərhlər

Aydın Muradlı 2020-08-22 20:51:28

Bu erməni Rasim (Baku Steel) o toyda yəqin ki can fəşanlıq etməmiş olmaz. Şəkildə yoxdursa deməli mətbəxdə xəlvət yeyir. O elə tiplər yeməklə doymurlar ki adam kimi oturub yeyəyələr

Kamil 2020-08-22 15:39:42

Cəzasını Hansısa OTELDƏ, 50 MİLYONLUQ VİLLADA, RESTORANDA keçirəcək. Nağıllardır də davam edir. İnsanların gözünə kül üfürürlər

OXUCU 2020-08-22 15:31:11

VİLLASINDA

Qoca Molla 2020-08-22 15:29:59

Qanunun qarşısında hər kəs bərabərdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol