Menu

Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi

22.08.2020, 15:40
Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarın izahını verib.

Nazirlər Kabinetindən "Report"a bildirilib ki, qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatı yaradır.

Həmin vəsaitdən inflyasiya, məzənnə dəyişikliyi, hərbi yaxud fövqəladə vəziyyət elan olunduqda və ya digər gözlənilməyən proseslərin təsiri ilə Agentliyin xərcləri artdıqda istifadə olunur.

Sığorta ehtiyatlarının istifadəsinə əsas verən hallar və həmin halların baş verməsi zamanı ehtiyatların istifadə olunması Agentliyin qərarı əsasında müəyyən olunur və Agentliyin sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədi daşıyır.

Şərhlər

Xazar 2020-08-22 17:39:47

Sığorta fondu özünı sığorta ehtiyyatı yaradır. Bunları hardan vı kim fikirlışir?.. Belə savadlı kadrları haradan tapırlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol