“Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu haqda danışmaq istəmirəm, sağ olun”.
Bu sözləri Redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq müllət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.


Şərhlər
Bes Arvadi ? ombusmandi nedi ???Hôkumet hara baxir ?!
salam, metbuat nümayendelerinden xaiş edirem ki, bu adamlar haqda yazılarında millet vekili sözünü yazmayasız.. bunlar haqda millet vekili sözünü oxuyanda her kes özünü tehqir olunmuş hesab edir
Ona töhmət yox.partiyadan xaric etmək və deputatlıqdan geri çağırmaq doğru qərar olardı.
Abel türk adı deyil. O nə millətidir?
Belə mənəviyyat sahibini hansı ağılla Milli Məclisdə dputat edirlər və hətta ciddi sahəyə sədr təyin edirlər.Bunu bir düşünən varmı?Bu ağıl.dərrakə ilə o nəyə yarayır?
Bu adamların nümayişkəranə hər şeyə tüpürməkləri nə təsadüfdür, nə də onların nadanlıq əlamətidir. Bu düşünülmüş addımdır. Bunlar nə isə fikirləşirlər. Çox ehtiyatlı olmaq lazımdır. Abel Məhərrəmov elə-belə söz deyən adam deyil.
Derd !!!!Utanmasan oynamaqa ne varki,,,
BuSiyaquş "Düz eləmişəm"in zibilinə düşdü.Yoxsa Əli Əsədov kimi onu da kölgədə saxlayaqdılar.Sual dogur; Ombudsmana niyə bir söz deyən yoxdur? O ki, ən böyük məsuLİYYƏTLƏRİ daşıyır....
Öz sözünü deyir. Heç mənim vecimə də deyil töhmət. Əgər doğrudan da ona töhmət verilibsə.