Menu

"Fitç"dən Türkiyənin böyük kəşfinə qarşı ilk addım

22.08.2020, 21:34
"Fitç"dən Türkiyənin böyük kəşfinə qarşı ilk addım

“Fitç” reytinq agentliyinin Türkiyənin kredit reytinqi üzrə proqnozunu “sabit”dən “mənfi”yə dəyişməsi qaz yataqlarına qarşı addımdır.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Nurəddin Canikli Tvitter hesabında deyib.

“Bunun səbəbi çox sadədir. Təbii qaz ehtiyatı kəşfinin elan edilməsi çox müsbət bir atmosfer yaratdı. Bu atmosferin Türkiyə iqtisadiyyat ilə bağlı müsbət gözləntiləri əks etdirməsi qaçılmazdır. Bu nöqtədə “Fitç” araya girir və iqtisadi gözləntilərin yaxşılaşmasına mane olmağa çalışır. Agentliyin açıqlamasındakı məqamlar bu gün ortaya çıxmayıb. Aylar əvvəl planlaşdırılıb. “Fitç”in bu bəyanatı Co Baydenin Ərdoğanı devirmək üçün müxalifətə dəstək verməsi ilə bağlı açıqlamasından fərqlənmir. Deməli bunlar hədəflərinə çatmaq üçün Türkiyə iqtisadiyyatı üzərindən əməliyyat keçirməkdən əl çəkməyiblər. Onsuzda bu günə kimi nəticə əldə edə bilməyiblər”, - N.Canikli bildirib.

Qeyd edək ki, agentlik Türkiyənin valyuta ehtiyatlarında tükənmə olduğunu açıqlayıb. Bildirilir ki, cari ildə Türkiyə iqtisadiyyatı 3,9% kiçiləcək.

Şərhlər

OQTAY 2020-08-23 13:33:15

t.edalet,cox duz deyirsiz.Allah komek etdiyini hec kim yene bilmez.Allah TURKU qoruyur.INSALLAH dusmenler,oz qazdiqi cuxura dusecek!!!

t.ədalət 2020-08-22 22:08:17

Türkiyənin köməyi Allahdandır.Allah kömək etdiyini heç kim yenə bilməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol