Menu

Mən, bura düşəndə Napoleon idim, sağaltdılar - Səni də sağaldarlar, inşallah...

23.08.2020, 00:05
Mən, bura düşəndə Napoleon idim, sağaltdılar - Səni də sağaldarlar, inşallah...

Dünya akademiyalarının hamısının «qeneralnıy prezidenti», erməni harsını Eleonoranın seçib vəzifə relsinə tuşladığı Ramiz Mehdiyevin toy qalmaqalının ölkə gündəmini zəbt etdiyi bir vaxtda yayılan bir xəbər diqqətimi çəkdi.

Xəbərdə deyilir ki, Eleonoranın kadrı bu yaxınlarda «Azərtac»ın rəhbəri Aslan Aslanovu onun yazısını yayımlamaqda tərəddüd etdiyinə görə hədələyərək deyib: «Mən, Təhlükəsizlik Şurasının üzvüyəm, nə icazə, yahu?!».

Bu xəbəri oxuyarkən, L.İ.Brejnev barədə ötən dövrün bir lətifəsi yadıma düşdü. Gülmək məni tutdu. Danışım, siz də doyunca gülün…

Günlərin birində Moskvadan, Mərkəzi Komitədən Novosibirsk Vilayət Partiya Komitəsinə zəng vurub, xəbərdarlıq edirlər ki, bəs filan tarixdə Leonid İliç Novosibirskə gələcək - tanışlıq tədbirləri sırasında psixatriya xəstəxanalarında «dəlilərin» müalicəsi ilə də maraqlanacaq, dəlixanalara baş çəkəcək, hazırlıq görün…

Bəli, qızğın hazırlıq işləri başlanır - xəstələrə təzə paltarlar alınır, Brejenv barədə onlara saatlara mühazirələr oxunur, ağsaqqal gələndə onu necə qarşılamaq barədə tövsiyələr verilir və s.

Nağıl dili yüyrək olar, deyiblər. Vaxt yetişir, ağsaqqal Novosibirsk vilayət mərkəzi psixatriya xəstəxanasına gəlir. İçəri girəndə görür ki, maşallah, xəstələr şıq geyinib, kəpənək qalstuk taxıblar və düppədüz sıraya düzləniblər. Kişi xoşhal olur və onları salamlayır: 

«Salam, yoldaşlar»! Dəlilər bir ağızdan «Salam, əziz Leonid İliç»! - cavab verirlər. Ağsaqqal lap xoşhal olur və soruşur:

«Yoldaşlar, kim deyər, mən kiməm?»

Dəlilər bir ağızdan: «Siz, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibisiniz»

Əhsən, düzdür. Qısa pauzadan sonra soruşur: «Yoldaşlar, mən daha kiməm?»

«Siz, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrisiniz» - dəlilər bir ağızdan qışqırırlar.

«Əhsən, düzdür… yoldaşlar, mən daha kiməm?» - Leonid İliç soruşur.

Dəlilərdən səs çıxmır. İşi belə görən Baş katib deyir: «Yoldaşlar, mən həm də Sovet İttifaqı marşalıyam, biləsiniz…»

Dəlinin biri sıradan çıxıb, Brejnevə yaxınlaşır, əlini onun çiyninə qoyub, deyir: «Əziz Leonid İliç! Mən bura düşəndə Napoleon idim - sağaltdılar, narahat olmayın, sizi də sağaldarlar, inşallah…»

Vəssalam, göydən alma əvəzinə, pındıq düzdü - Elmar demiş, trayn, prayn, şvayn…

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Eli 2020-08-23 23:39:25

Biz millet ele aldığımız terbyyenin ve vicdanlı olmağın hesabına heyatda mövqe tuta bilerik

Eli 2020-08-23 23:11:26

Mirze bey menim dünenki reyimi vermediz öxünüz bilersiniz,ancaq Siz en azından elementar etik qaydalarını ve milli adet eneneleri pozursunuz .Qelemin Sizin elinizde olması Sizin haqlı olmağınız demek deyil.

AgƏli 2020-08-23 11:31:50

Mirzə sən də lap AG elədin ha...Amma burası da var ki, ugurlu ag edirsən.....

Bakili 2020-08-23 09:17:21

Butun sicanlar desikden cixib kisi olublar, pisik gocalib deye

NAC. RAZD.SEDRINE 2020-08-23 03:00:19

OBQUSMAN ERMENI TOYUNDA,HA HA HA ,MALADES

Aleks 2020-08-23 01:14:56

Yadıma bir hadisə düşdü. Saakaşvilinin Abxaziyaya məlum hücum əməliyyatının ilk kadrları tv-də yayımlananda gürcü tanışlarımız sevincdən şərab içib qucaqlaşaraq təbrik tostları qaldırırdılar. Kadrları izləyən məclisdəki digər tanışımız əlini dizinə çırpıb başlnı tutub "biz batdıq" deyə qışqıranda hamı ona qəribə baxmışdı.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol