Menu

MEHDİYEVİN QONAQLARINI DA CƏZALANDIRIRLAR! - Abel Məhərrəmov, Əli Abbasov və daha kimlər... (FOTO)

23.08.2020, 11:45
MEHDİYEVİN QONAQLARINI DA CƏZALANDIRIRLAR! - Abel Məhərrəmov, Əli Abbasov və daha kimlər... (FOTO)

BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.

“Report” xəbər verir ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.

DİN Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.

Sosial şəbəkələrdə yayılan məlumata görə, 400 manat cərimə olunanlar arasında Siyavuş Novruzov və onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da var.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Şərhlər

Sheyh 2020-08-23 21:45:43

biyabir olasiz sizi simasizdar,adam hecalet chekir buda ziyalilarimiz

nihad 2020-08-23 21:06:49

fotonun hələ kəsik hissəsində xeyli adam görünür,bəs qalanları haqda niyə bir xəbər yoxdur?Təkcə Abelmi bütün yükü daşıyacaq,orada indi vəzifədə oturan xeyli bizə işləməyən qüvvələr var.

t.ədalət 2020-08-23 19:11:51

Bu qonaqlar arasında Ramiz Mehdiyevin ən yaxın və ən əziz adamı olan Əhməd Əhmədzadə görünmür.AXC hakimiyyəti dövründə Ramizə qahmar çıxan,onu aparıb öz villasında saxlayan Əhməd Əhmədzadə idi.Ola bilməz ki,əziz dost bu toyda olmasın.

Eyvaz 2020-08-23 18:01:07

Eyib olsun o "" ziyalılara"

Eko 2020-08-23 16:39:55

Ay ( AB ) belke bu iceri sheherdendu? belke adam ôzelleshditib orani ? yada ispaniyada bele bir yer acib ( iceri sheher acib oqluynan

Murad 2020-08-23 16:35:39

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

Namaz 2020-08-23 15:26:26

Oradakılar Ermənistanlılar və Naxçıvan mafiyasıdır. Ölkəni xalqı talan etməyin yollarını müəyyənləşdirirlər

PAPA RIMSKI 2020-08-23 13:47:05

BUNLARIN ARASINDA QIRQIN GEDER,MALADES

Vətəndaş 2020-08-23 13:07:25

Bunlar üçün 400 manat,bir naharin puludur.Buna cəza demək olmaz.Onlar yenədə bu hərəkəti edəcəklər..

AB 2020-08-23 12:32:05

Ə Abel sənin dədən baban ağ şalvar görmüşdü? Hansı gününə geyibsən ə oları.

ayxan 2020-08-23 12:17:52

bes sebine ile siyavusu niye cerimelemirler?yoxsa ancaq sabiqler cerimelenir>cerimeleniblerse sekilleri hani bes?qanun hami ucun eynidirse

ayxan 2020-08-23 12:00:57

bes sebine ile siyavusu niye cerimelemirler?yoxsa ancaq sabiqler cerimelenir>

Bayram 2020-08-23 11:52:34

Ya harınlamış talançıların arasında pul var-dövlət razborkası gedir,ya da oyun qurub əhalinin fikrini yayındırırlar. Bunlardan Fələk də başa aça bilmir,nəinki insanlar baş açsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol