AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin böyük siyasi qalmaqala səbəb olmuş toyunda iştirak edənləri də cəzalandırmağa başlayıblar.
Belə ki, artıq BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq rabitə naziri Əli Abbasov, deputat Siyavuş Novruzov və onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva, həmçinin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadənin 400 manat cərimələndikləri rəsmən təsdiqlənib. A.Məhərrəmov, Ə.Abbasov və M.Adıgözəlzadənin polis şöbəsində çəkilmiş fotoları da yayılıb.
Dünən toyun təşkilatçıları – Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutkalıq həbsə məhkum edilmələrindən sonra qonaqların da cəzalandırılacaqları gözlənilirdi. Bu səbəbdən toyda daha kimlərin iştirak etdikləri xüsusi müzakirə mövzusuna çevrilmişdi. Hələlik, yuxarıda adı çəkilənlərdən başqa hansı vəzifəli, tanınmış şəxslərin R.Mehdiyevin başına yığışdıqları məlum deyil. Təsdiqini tapmayan müxtəlif informasiyalar var. Məsələn, toyda BDU-nun sabiq rektoru ilə yanaşı hazırki rektorun – Elçin Babayevin də iştirak etdiyi iddia olunur.
Bu məlumatı tam dəqiqləşdirmək hələ ki, mümkün olmayıb. Lakin kifayət qədər mötəbər mənbələr Elçin Babayevin toyda iştirak etdiyini iddia edirlər.

Ən çox maraq doğuran daha bir sual isə R.Mehdiyevin hakim komandadakı ən yaxın dostunun – sabiq DİN rəhbəri Ramil Usubovun toyda iştirak edib-etmədiyidir.
Belə görünür ki, bu gün-sabahda bütün bu suallara aydınlıq gətiriləcək.
***
Bakı Dövlət Universiteti (BDU) rektor Elçin Babayevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BDU-dan "Report"a daxil olan məlumatda deyilir:
"Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya Universitetin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir. Əlavə olaraq bildirirk ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq".
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
"AzPolitika"

Şərhlər
"Bu sexsler en yaxin tariximizde haminin agiz dolusu terif etdikleridir." Hamının yox. yazılanları diqqətlə oxu. Bunları ifşa etmək, sənin iddia etdiyin kimi Prezidentə qarşı olanları və erməniləri sevindirə bilməz. Əksinə, bunların ortalığa çıxarılması onların belini sındırdı.
Bu toyda iştirak edənlər hamısı mənim, yəni FSB-nin agentləridir!
hamı deyəndə yəni meddahların-qulbeçelerin-leyaqetsiz adamların tərifi gelirdi bu adamlara. xalq heç vaxt ne ramizi ne ramili nede hal hazırda onları əvəz edən memurları sevməyib! sevə de bilməz..! onlar ne vaxt xalqla temasda oldular. sanki bu xalqa düşmən olanları nazir ya deputat qoyurlar
Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.
Toy kasetinə baxın, kimlər iştirak edib hamısı var orda :))
BDU-nun rektoru,şübhəsiz orda olub.O,hakimiyyətdəki əli hər yerə çatan adamın yaxını olduğu üçüen adı çəkilmir.
Ölkəni talayıb daşıyanlar hamısı yığılıbmışlar ora. Yəqin toy adı ilə millətə atdıqları milyardları yerbə-yeür edirmişlər
ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR
400 manat onlar üçün cərimə yox,əyləncə puludur.Xalqi ....yerinə qoymaqdır.
Bu cur suallarin arzuladiğiniz cavablari dövlete , cenab prezidente qarşi olanlari ve ermenileri sevindire biler. Bu hakimiyyetin uzde olanlarinin lekelenmesine basqa kim çalişa biler?! Ermeniler ayiblarini gizledir , bu cur etmir. Dusmen deyirmanina su daşimaqla mesğulsunuz. Dusmenciliklerinizi qaydalari qorumaq adi altinda davam etdirirsiniz. Bu qeder de yox artiq. Bu sexsler en yaxin tariximizde haminin agiz dolusu terif etdikleridir.