“ONU XƏYANƏTƏ SÜRÜKLƏYƏN SƏBƏB BƏLLİDİR...” – “Mehdiyevin dərsini vermək İlham Əliyevin qismətinə yazılıbmış”

“Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş deputat Alqış Musayevin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Alqış müəllim, ölkədə nələr baş verir? Mehdiyevin nəvə toyu əsl siyasi qalmaqala çevrilib və gündəmi zəbt edib…

- Heç kim toyun əleyhinə deyil. Axı heç kim sevməyə, evlənməyə qadağa qoymur. Gənclər bir-birlərini istəyib ailə qururlar, burda pis nə var ki? Yeni bir ailənin təməli qoyulursa, bu, o demək ki, Azərbaycanımız bir ailə tutumunda böyüyür, sıralarımız bir ailə həcmində genişlənir. Hamı övladı üçün çalışır, əzab-əziyyətə qatlaşır. Hər bir valideyin əzizlərinin şad gününü yaxınları ilə birlikdə qeyd etmək, şənlənmək, yaddaqalan bir gün yaşamaq istər.

Amma indi biz fərqli bir dövrdə və yeni şərtlərlə yaşamağa məçburuq. Dünyada koronavirus pandemiyası elan olunub. “Əhalinin sağlamlığı bizim üçün birinci şərtdir” - deyir Azərbaycan Prezidenti. Karantin qaydaları tətbiq olunub. Və bu qaydalara riayət etmək hər bir vətəndaşın vəzifəsidir.

Karantin rejiminə əməl etməmək dövlətə sayğısızlıq, qanunları tapdalamaq deməkdir. Bu yolu tutan hər kəs, vəzifəsinə, maddi imkanlarına və ya imkansızlığına baxmayaraq, öz cəzasını amalıdır. Necə ki, alır.

Avqustun 18-də Novxanıda AMEA-nın prezidenti Ramiz Mehdiyevin iştirakı və xeyir duası ilə keçirilən toy mərasimi də bu qəbildən olan bir təxribatdır.

- Təxribatdır? Yəni hesab edirsiniz ki, bu, adi toy mərasimi deyil, düşünülmüş bir siyasi aksiya - təxribatdır?

- Bu insidentin siyasi təxribat olmadığını soyləmək üçün heç bir arqument yoxdur. Belə olmasaydı, Ramiz Mehdiyev evində gənclərə xeyir-dua verər, tədbir yalnız ailə üzvlərinin iştirakı ilə, səssiz-küysüz yekunlaşardı. Hətta bu nümunənin video görüntülərini sosial şəbəkələrdə paylaşmaq olardı, hamı da görərdi ki, doğrudan da 83 yaşlı bir insan ağsaqqal hərəkəti nümayiş etdirib. Əvəzində biz özgə bir mənzərənin, başqa bir video görüntünün şahidi oluruq. Bəy-gəlin qalıb bir tərəfdə, Ramiz Mehdiyev özünü təriflədir.

Yeri gəlmişkən, son günlər özünü təriflətmək Ramiz Mehdiyevin Akademiyadakı əsas “elmi” qayəsinə çevrilib. Sayğı duyduğum bir neçə akademik mənə gileylənir ki, artıq bu bizi bezdirib, iki gündən bir mənasız iclaslar çağırır və saatlarla özünü təriflədir.

- Yəni siz düşünürsünüz ki, nəvə toyu, indi çoxlarının düşündüyü kimi, gerçəkdən bir dirənişdir, siyasi əzələ nümayişidir?...

- İlk baxışda belə görünə bilər ki, Mehdiyev artıq yaşlanıb, səhhətində problemlər var, özünə və ətrafına nəzarəti itirib. Nə etdiyinin, nə baş verdiyinin fərqində deyil və sair. Ancaq toyun videogörüntüləri sosial şəbəkədə yayılandan sonra sabiq millət vəkilinin mətbuata verdiyi hirsli-hikkəli açıqlama bu versiyanı gündəlikdən çıxarır. Diqqət edin, görün kürəkən İlham Əliyev nə deyir: “Siz mənim şəxsi həyatımdan yox, dövlətdə baş verənlərdən soruşun, danışım”. Sual olunur: dövlətdə nə baş verir ki? Və o, indiyə kimi hansı dövlət əhəmiyyətli məsələlərdən danışıb? Ümumiyyətlə, o, nə danışa bilər?...

Şözsüz ki, bu cavab kürəkənin öz düşüncəsi deyil. Kürəkənin bu aqressiv cavabından qayınatası Ramiz Mehdiyevin kin-küdurəti, ötən günlərə nostalgiyası, kaprizləri, siyasi boyuna və çəkisinə tən gəlməyən iddiası boylanır! Ramiz Mehdiyev demək istəyir ki, mənsiz bu dövlətdə xoşa gəlməyən proseslər gedir. Mən yoxamsa, nə idarəçilik, nə dövlət?!

Mənim heç şübhəm yoxdur ki, toy mərasiminin görüntüləri də məhz Ramiz Mehdiyevin xeyir-duası, razılığı ilə özləri tərəfindən sosial şəbəkələrə ötürülüb...

Hələ siz Mehdiyevlə qudalığını təzəcə rəsmiləşdirmiş Rövşən Mustafayevin ədasına fikir verin. Polis bölməsinə aparılarkən onu çəkən şəxsə tərəf dönüb deyir ki, bu klipi harda verəcəksiniz? Bu, harınlığın əlamətidir, qeyd-şərtsiz qudurğanlıqdır.

Abşeron məhkəməsində hakimin verdiyi məlumatdan aydın olur ki, polisləri mərasim keçirilən əraziyə yaxın buraxmayıblar. Bu səlahiyyəti onlara kimi verib, bu gücü onlar hardan alırlar?...

- Nə üçün belə etsinlər ki?...

- Bu hərəkətin bir məqsədi var: Prezidentin imicini ləkələmək, onun xarizmasını zədələyərək, dövləti sarsıtmaq!

Bəlli bir həqiqətdir ki, Azərbaycana qarşı çirkin və kifayət qədər məkrli kampaniya aparılmaqdadır. Və bu kampaniya birmənalı olaraq koordinasiya edilir. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, düşmən heç də naşı deyil. Unutmayaq, biz şərq xalqıyıq. Şərq xalqlarının tarixini azaçıq tədqiq etsək, görərik ki, bu xalqlar dövlətçilik tarixləri boyu iki faktorun arasında seçim ediblər: ya xarizma, ya da xaos. Xarizma yoxdursa, xaosun arxasınca gediblər. Baxın, bu gün anti-Azərbaycan təbliğatının əsas hədəfi kimlərdir? 3 ünvanı hədəfə götürüblər: 

1. Heydər Əliyev - Azərbaycan xalqının ali siyasi istinadgah mənbəyi, dövlətin memarı. 

2. İlham Əliyev - hazırki proseslərin yönləndiricisi və şəriksiz lideri. 

3. Mehriban Əliyeva - Ölkənin Birinci vitse-prezidenti və ictimai düşüncədə hakimiyyətin siyasi varisi kimi qavranılan səxs...

Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, düşmənin məqsədi cəmiyyətimizi xaosa sürükləməkdir. Dövlətçilk relsləri üzərində gedən prosesləri məcrasından çıxarıb küçəyə daşımaqdır. Xaos yeni ərazi itkisi, Azəbaycan dövlətini dayaq sütunlarından məhrumetmə deməkdir. Bu yerdə bir məsələni xüsusilə vurğulamaq istərdim. Ölkəmizin bugünkü uğurlarını təmin edən həlledici faktorlardan biri və birincisi 2003-cü ilin prezident seçkisidir. 2003-cü ildə, son 100 ildə ilk dəfə olaraq, İlham Əliyevin timsalında siyasi hakimiyyətin varisliyi xalqın dəstəyi ilə, istəyi ilə, hüquq çərçivəsində, ən əsası da, heç bir sosial böhranın, ərazi itkisinin müşayiəti olmadan həyata keçib, həll olunubdur.

Bu məqamı təkcə politoloqlar, ictimai düşüncəni formalaşdıran fikir adamları, dövlət rəsmiləri deyil, uşaqdan böyüyə hər bir azərbaycanlı unutmamalıdır.

Düşmən bu gün, oturuşmaqda olan dövlətçilik ənənəsini sıradan çıxarmağı, milli-siyasi dövlətçilik estafetinin gələcək nəsillərə ötürülməsini əngəlləməyi özünün ali məqsədi sayır. Biz bir dövlət, bir cəmiyyət olaraq ayıq-sayıq yaşamalıyıq.

Hazırda elə bir həssas dönəmə daxil olmuşuq, üstəlik, elə bir həssas bölgədə yaşayırıq ki, ictmai-siyasi proseslərdə baş verən ən adi, ən xırda dəyişiklik belə diqqətdən yayınmamalıdır.

Bu yerdə bir məsələni də xatırlatmağı vacib sayıram. Təəssüf ki, cənab Prezident tərəfindən dövlətin taleyinə, dövlətçilik məsələlərinə qarşı nümayiş etdirilən həssaslığı ayri-ayri komanda üzvlərinin davranışında, müxtəlif təbəqələrin fəaliyyətində görə bilmirik...

- Sizcə, Ramiz Mehdiyevin istəyi nədir? Dövlət, Prezident ona istədiyi hər şeyi verdi - uzun illər Administrasiyanın rəhbəri vəzifəsində saxladılar, dövlətin ali ordenləri, mükafatları ilə təltif etdilər, milyarderə çevrildi... Mehdiyev daha nə istəyə bilər ki?...

- Deyim ki, bu, indinin söhbəti deyil. Mehdiyev çoxdandır ki, İlham Əliyevin xarizmasını zədələmək istiqamətində cəhdlər edir.

Onun xəyanətə sürükləyən səbəb bəllidir. Ramiz Mehdiyev təxminən 2000-ci illərin əvvəlindən məmur obrazından çıxmaq üçün məkrli gedişlər nümayiş etdirməyə başladı. İş o yerə çatdı ki, o, özünü (həm də ətrafındakı bəzi ideoloqların təkidi ilə) sadəlövhcəsinə inandırdı ki, hakimiyyətin siyasi varisi ola və ali hakimiyyətin məsuliyyətini öz üzərinə götürə bilər. Səhv etmirəmsə, 2001-ci ildə “Turan” informasiya agentliyində onun bir müsahibəsi dərc edilmişdi. O müsahibəyə göz gəzdirən peşəkar və ayıq oxucu dərhal hiss edirdi ki, müsahibənin təşəbbüsü “Turan” informasiya agentliyinə məxsus deyil. Təşəbbüs Ramiz Mehdiyevin özündən irəli gəlib.

Orada, təxminən (təxminən ona görə deyirəm ki, material hazırda əlimin altında yoxdur, amma məzmun dəqiqdir) belə bir sual verilirdi: “Ramiz müəllim, sizin adınız ictimai fikirdə həm də mövcud hakimiyyətin siyasi varisi kimi hallanır...”

Sualın cababında Ramiz Mehdiyev konkret “hə” və “yox” bildirmədən deyir: “Biz, Heydər Əliyevin silahdaşları onun hakimiyyətinin siyasi varisliyini təmin etməyə borcluyuq.”

Onun nə demək istədiyini şərh etməyə elə bir ehtiyac qalmır. Halbuki həmin ərəfədə hakimiyyətdə siyasi varisin İlham Əliyev olacağı barədə demək olar ki, birmənalı fikir formalaşmaqda idi.

Beləliklə, Ramiz Mehdiyev silsilə yanlışlara imza atmaqda davam etdi və təəssüf ki, bu gün də o, öz “yanlışlar siyahısını” zənginləşdirməkdə davam edir...

- Bəs onda indiyə kimi onun cəzasız qalmasının səbəbi nədir?...

- İlham Əliyevin bir yaxşı sözü var, deyir ki, biz nəyi, nə zaman və necə etməyi özümüz hamıdan yaxşı bilirik. Kənardan belə bir təəssürat yarana bilər ki, hakimiyyət hansısa addımında yubanır, tələsmək lazımdır və sair. Gerçəklik isə başqadır. Azərbaycan Prezidenti respublikanın ən məlumatlı şəxsidir.

Bir dəfə mən müsahibələrimin birində demişdim ki, İlham Əliyevin bir dövlət adamı olaraq ən əlahiddə keyfiyyəti onun təmkinidir. Əlbəttə ki, bu təmkin məişət səviyyəsində olan adi səbr deyil. İlham Əliyevin təmkini strateji xarakter daşıyır. Hansı ki, bizə hava və su kimi gərəkdir.

Strateji təmkin odur ki, sən ölkənin daxilində və ətrafında gedən prosesləri zərgər dəqiqliyi ilə təhlil edib uzlaşdıra bilir, əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməyi bacarırsan. Strateji təmkin bəzən günlərlə, aylarla deyil, illərlə, on illərlə gözləməyi tələb edir.

Bu yerdə mən, müqayisə olaraq yox, fakt kimi bir tarixi hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim. Bu gün türk dünyasının mənəvi-siyasi mərkəzlərindən biri sayılan İstanbul Fateh Mehmetin topuyla, tüfəngiylə bərabər, həm də daha çox onun strateji təmkini hesabına fəth edilib. Yəqin bilirsiz ki, onun bir vəziri vardı - Xəlil Paşa. Xəlil Paşa özündənrazı, maddi cəhətdən zəngin bir adam idi. Mehmeti də sevmirdi. Hesab edirdi ki, o özü daha təcrübəlidir və dövləti idarə etməyə layiqdir. Tarixdən bəllidir ki, Xəlil Paşa Mehmetin hakimiyyətə gəlməsini də əngəlləməyə çalışırdı. Xəlil Paşa Mehmetin atası İkinci Muradın da vəziri olmuşdu. İkinci Murad xəstə olarkən oğlu Mehmeti taxta çıxarmışdı. Amma Xəllil Paşa əlindəki imkanlardan istifadə edib buna mane ola bildi. İkinci Murad məcbur olub yenidən taxta qayıtmışdı.

İkinci Murad vəfat edəndə Xəlil Paşa Osmanlıda vəziyyəti gərginləşdirib hakimiyyəti ələ keçirmək istəyirdi. Elə bu məqsədlə də İkinci Muradın ölüm xəbərini Mehmetə çatdırmaq üçün qasidi atla yox, qatırla göndərmişdi ki, gənc Mehmetin paytaxta dönüşü yubansın, nəticədə Xəllil Paşa vəziyyəti öz xeyrinə dəyişə bilsin.

Onun bu niyyəti baş tutmadı, Mehmet taxta cıxdı. Hamı gözləyirdi ki, Mehmet Xəlil Paşanı dərhal cəzalandıracaq. Ancaq gözləntilərin əksinə olaraq, Mehmet Xəlil Paşanın səlahiyyətlərini bir az da artırdı. Baş vəzir, indiki dildə desək, Osmanlı administrasiyasının rəhbəri təyin elədi.

Mehmetə o da məlum idi ki, Xəlil Paşa altdan-altdan Bizansa işləyir, Bizans hökumətindən mütəmadi olaraq hədiyyə adıyla rüşvət qəbul edir. Mehmet təmkinlə gözlədi, nəhayət, İstanbul fəth olunan günün axşamı Xəlil Paşanı edam elətdirdi...

Belə ki, bəzən “İstanbulun fəthi” naminə xəyanətkarları da yola vermək lazım olur...

- Qəribədir, Mehdiyev, necə olub ki, altdan-altdan gördüyü işlərdən diqqəti yayındıra bilib?...

- Mən tarixdən əbəs yerə iqtibas gətirmədim. Detallara varmadan deyim ki, o, artıq 2002-ci ildə özünü faş etmişdi. Ramiz Mehdiyevin xəyanətkar hərəkətləri Ulu öndərimizə bəlli idi. Dahi öndərimiz demişdi ki, “bəzi məsələlər var, yoluna qoyulandan sonra Mehdiyevin dərsini verəcəyəm”.

Təəssüf ki, səhhəti imkan vermədi, ömür vəfa etmədi. Digər tərəfdən zaman münasib deyildi. Amma bir ilahi nizam-intizam var. Mən tarixin ədalətinə və hökmünə inanıram. Görünür, Ramiz Mehdiyevin dərsini vermək İlham Əliyevin qismətinə yazılıbmış...

- Tədbirdə iştirak edən digər şəxslərin aqibətini necə görürsünüz, onların cəzası necə olmalıdır?

- Birmənalı olaraq, o tədbirdə iştirak etmiş dövləti, hakimiyyəti təmsil edən hər bir adam cəzadan kənar qalmamalıdır. Həmin videogörüntüdə Ramiz Mehdiyevin “böyük xidmətlərindən” danışan Abel Məhərrəmov deyir ki, biz kimik, biz xırda adamlarıq. Əslində çox dəqiq deyir. Onlar xırda yox, çox xırda adamlardır.

Vəzifə, pul, bir az da ətrafda hərlənən adi və akademik yaltaqların hesabına zaman-zaman şişiblər, yekələniblər. Və onlara elə gəlib ki, doğrudan da onlar böyük adamlardır. İndi vəzifə yoxdur, səlahiyyətlər azalıb. Amma yenə böyuk görünmək, yekəlik eləmək istəyirlər. Nəticədə özlərini gülünc duruma salıb, insanların nifrətini qazanırlar...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Emin 2020-08-25 19:51:18

Kişiliyiniz qeyrətiniz çatırdısa vaxtında danışardız.vəsifədə olanda hamınız yaltaxlanırdınız sabunla indi danışırsız.Ramiz Mehdiyevin qəbuluna düşmək üçün oçeretə düzülmüşdünüz

Murad 2020-08-25 12:59:30

Prezidentin iradesine qarshi cixanlar, dovlete, vetene xeyanet edenlerin hamisi cezalandirilmalidir.

Eli 2020-08-24 17:32:52

Araz bey Size bir sualım var niye bütün dünya bir istiqamete-inkişafa demokratiyanın daha güclenmesin gedir ruslar ise eks istiqamete.Niye Dünyanın inkişaf etmiş millet ve dövletleri meselem Amerika İngilter Fransa Almaniya Yaponiya Rusiyanı qebul ve hezm etmişler onların dainkişaf seviyyeleri göz qabağındadır.İndi özünüz insafla deyın men baş ayaq yazıram ya Siz Kreml sevgisinden ilhamlanarar yazırsınız

Eli 2020-08-24 16:45:41

Bu bilirsiz nedir ?Neçe yüz illerdir Rus çarlarının zamanında bu günedek aparılan”Руссификасия» siyasetidir ki, bu günedek gedir bizde bu gun bu işler hele dyanmayıb mektebler institutlar bu gün artmaqda davam edir Baxmayaraq ki millet üçün ermeniye xatir “Qarabağ” 20 Yanvar yaradıblar bu gün de İranla qoşa Ermenistanın qulluğundadırlar .Buyurun Araz bey bu da Sizin Kreml

Eli 2020-08-24 16:37:06

Araz bey.Bir de yadda saxlayın o vaxt Sizin çox hörmetli Kreml heç vaxt kiçiklerin milli oyanışına imkan vermezdiSiz bunu çox gözel bilirsiniz.Novruz ise dini yox Milli bayramdı bu onlar deqiq bilirdi.O ki,qaldı bayramın o vaxt orta Asiya respublikalarında keçirilmesine bele hdise olmayıb ve Siz bile bile Şıxeli Qurbanov kimi bir Kişinin haqqını danmayın edaledli olun kişi kşinin haqqını danmaz özu de bele meselede.Size bir fakt da deyim Brejnyevin vaxtında milli meseleleri tam qapatöaq üçün bir ideya atmışdılar ortay -Milletlerin adı şeğv olur yeni millet-Sovet xalqı yaranır vessela.

Eli 2020-08-24 16:20:22

Hörmetli Araz müellim Sovetin vaxtında Kreml kiçik milletleri ve xalqları xüsusen müselman olanları saymırdı .Siz deye bilersinizmi 70 ilde niye bir nefer azerbaycanlı ne SSRİ Elmler Akademiyasınınheqiqiüzvü ne Marşall ne de kosmonavt ola bildi .Miye?Layiq olan yox idi.Eksine layiq olan çox idi ancaq bizim milli russeverlerin kömeyi ile rusları o mertebeye heç kimi yaxın qoymadı.Ancaq ne qedet istesen ermeni akademik ve marşall oldu

Qipçak Alqışa 2020-08-24 10:27:05

Bəs, 4 il öncəki Apreldə alayımıza dəstək əvəzinə atəşkəs mühasirəsi hansı təsnifata sığır??

RT 2020-08-24 08:25:12

Bunnarin hamsi bir bezin qiraqidi !!

Kureken 2020-08-24 01:26:30

Alqis mellim her zaman sozunu deib olkede yegane insandirki ramiz mehdiyevi darmadagin edib

t.ədalət 2020-08-23 23:49:42

Cənab prezident,gərək indiyə qədər özünə sadiq olan bir partiya yaradaydı.YAP,artıq Ramiz Mehdiyevi seçən təşkilat kimi çıxış edir.

Eli beyə 2020-08-23 22:37:10

Söz sahibləri hərə bir siyasi şou buraxır ki, "MƏN də varam!" Heç biri də REAL ƏDALƏTi aramır ki, sonda natarazlıqdan ya FİL öləcək, ya da eşşəkləri?

Ağayev Ağahüseyn 2020-08-23 21:45:59

ALLAH cəzanızı versin abel yaltaqın biridir onu mən cox ğörmüşəm yaltaqlananda.Sonda o adam yıxılanda onun ardıyca danışanlardan ilk oldu.Oradakılar hamısı bir halqanın tərkib hissəsidirlər.İndi inişalla DTX-nin təcridxanasında ğörüşərlər.BUDA CEVRİLİŞİN AXIRI.Oqlu səfirdir ğörəsən siyasəti CAXIRA qatmayıbki.

Araz 2020-08-23 21:25:08

Eli müəllim yazdığınız hanısı baş ayağdir. Novruz bayramına gəlincə bu Kremlin qərarı idi . Bəlkə Özbəkistanda ,Tacikstanda ve digər Orta Asiya respublikalarında Novruz bayramini Qurbanov yoldaş təşkil etmişdi.

Кипчак 2020-08-23 21:13:00

Крысы бегут с тонущего корабля

surxay 2020-08-23 21:06:00

Bu toy məsələsi hətta lalların da dilini açıb.Hamı danışır,hamı tələsir,ancaq hara.Fəzail Ağamalı isə dil boğaza qoymur,özü da lap zildən gedir.Yaxşı fürsət düşüb əlinizə.Beləliklə islahatlarımız da şəxsi məsələlərə dönüşdü.Zatən bizdə həmişə belə olub.Vaxtilə Qambay Məmmədovu ittiham edirdilər Heydər Əliyevə yarınmaq.Bir qədər sonra Heydər Əliyevin üstünə düşdülər,bu dəfə Ayaz Mütəllibova xoş gəlmək üçün.Tarix təkrar olunur və belə getsə təkrar da olacaq.Və ən böyük dərdimiz Qarabağ qalacaq bir kənarda,komanda gözləyəcəyik ki,kimdir yeni ittiham obyekti?

Abdulla 2020-08-23 21:02:24

Sizin adınızı hansı səbəbdən Alqış qoyublar maraqlıdır

Bəhram Qarabağlı 2020-08-23 19:49:59

Nə vaxtacan hər problemi çözən dialoqu öz soumuzla əvəzləyəcəyik. Tərəflər hamısı həyatdadır və maraqlı jurnalist yozma deyil,(Prezidentlər, Akademik də daxil) hər kəslə müsahibədə gerçəyi izhar etməlidir!

nihad 2020-08-23 19:36:07

bu hadisə işbazla,bulanlıq sularda balıq tutanlara bir fürsət verdi:-Abel və orada iştirak edənlərə Ramiz Mehdiyevə "sədaqət" ,Alqış,Fəzail kimilərə keçmiş qisaslarını almaga imkan verdi,bəziləri isə bundan hakimiyyətə yarınmaq üçün istfadə etdi,vəssalam!!!

Eli 2020-08-23 18:42:45

Çox hörmetli Alqış müellim Siz çox gözel senet sahibisiniz jurnalistsiniz yaxşı da qeleminiz var.Yeqin ki Mirze Celili oxumusunuz.Ne deyirdi o Böyük millet fedaisi:Sizi deyim gelmişem ey menim müselman qardaşlarım.O demirdi Sixi deyib gelmişem ey vezifede olanlar.İnandırım Sizi onlardan size xeyir gelmez gelse yene yetim milletden gelecek .Ona göre milletin sade xalqın derdlerinden problemlerinden yazın Men Size mövzu da vere bilerem.Mehdiyev erssı bitdi rus demişken poezd uje uşol.Ondan da qat qat tehlükeli olub bir kelme de öz dilinde danışa bilmeyen ne qeder nazirler sedrler başçılar ves.var tazın onlarda Prezidendimize Dövletimize Milletimize kömek edinDeyişin mövqeyinizi İreli

Eli 2020-08-23 18:27:38

Üçüncüsü son 60 ilde yegane qeiyyetli ,cesaretli,Leyatli Esl Türk Kişiss ,milletını eziz canından çıx seven Cövlet xadimi Şıxeli Qırbanov olub .Baxmayaraq rehmetlik Mk-nın 1- cı katıbı Axundov onu tehlükeli iş gördüyünü xeberdarlıq etmişdi ancaq millet yolunda canını feda ederek milli ruhu yukseltmek üçün Növruz Bayramını keçırmeye nail oldu.

mubariz qasimov 2020-08-23 18:17:18

ilham eliyev xalqimiz sizinledir

Eli 2020-08-23 18:02:49

İkincisi hörmetli Alqış bey bele şexsi mesele hell etmirşer onu Kişi kimi hell edirler.Son 50 İde Heyder Eliyevin kadrları içerisinde men ele qetiyyetli adam tanımıram ki onun sağlıqında ya sonra hakimiyyet iddiasında olsun .İnandırım sizi belke Eliyevin adı gelende onunla işlemiş kadrları avtomatik ayağa qalxırlar o cümleden başda Mehdiyev olamaqla.

Eli 2020-08-23 17:54:09

Buadzm qeyri ciddi adamdır şexsi meselesini dövlet siyaseti seviyyesinde hell etmek isteyir.Azpolitika bele olmaz özünüzü millete güldürmeyin.Mehdiyev qetiyyetin sahibi deyil o beli baş üsteni yaxşı bacardığına göre uzun müddet o vezifede işledi.

Mehdi 2020-08-23 17:23:34

Sen kimsenki belə hadiselere sehrler verirsen.Elə səndə siyavusun bir ayri cur formasinda siyavussandə.

Vaqif NƏSİBOV - a 2020-08-23 17:10:08

Bu meqalenin muellifi, hormetli cenab Vaqif NƏSİBOV, chox teshekkurler olsun size ve “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş deputat, cenab Alqış Musayeve, deqiq ve duzgun melumat verdiniz Azerbaycan cemiyyetine, Ramiz Mehdiyev barede. Indiki zamanda, Azerbaycanda XAOS YARATMAQ ISTEYIR Ramiz Mehdiyev . VAXT ITIRMEK CHOX TEHLUKELIDIR, MUTLEQ, Ramiz Mehdiyev, TECILI , MESULIYYETE CELB OLUNMALIDIR.

Habil 2020-08-23 17:02:56

Söz yox Ramiz yaxşı adam deyil. Məmurların hamısı eyni əqidəli eyni tərbiyəli və oğrudurlar. Ancaq bu məddahlar növbəyə durublar...

Faiq 2020-08-23 16:43:12

Bunların arasında pul razborkası gedir. Ya kimlərsə krupnu atıb, ya da kimsə cığallıq edir.

Murad 2020-08-23 16:36:53

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

Eko 2020-08-23 16:27:40

Ramiz vezifedinde olanda , bu dôzleri deye bilerdin ???? Axi bi ki ..... yarashan bir shey deyil ! Ayib olsun bizim kishiliymize !!!

.EJDER NAQILBAZ 2020-08-23 16:08:41

GULUNC DURUMA DUWEN SENSEN ,AY ALQIWWW

Son yazılar