Menu

"TOY ƏHVALATI": daha 17 nəfər cərimələndi - FOTO

23.08.2020, 14:55
"TOY ƏHVALATI": daha 17 nəfər cərimələndi - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir qrup şəxs cəzalandırılıb.

“Report”un məlumatına görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

Həmin şəxslər polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xatırladaq ki, bundan əvvəl Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Şərhlər

Tagı 2020-09-01 01:44:09

Ramizin 5 arvadı .... toyda spirtli içki içib sərxoşluq edib

Dövlətini sevən 2020-08-25 23:00:10

Araşdırmaq lazımdır, Zeynal Nağdəliyev toyda iştirak edibmi ?

oxucu 2020-08-23 21:13:58

Üst başlarından hiss olunur ki bunlar musiqiçi və ofisiantlardır.yoxsa kimi Ramiz Mehdiyevin məclisinə cins şalvarda ,bazar paltarında buraxardılar.

Murad 2020-08-23 16:35:13

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

.EJDER NAQILBAZ 2020-08-23 15:55:33

MALADES,ECEB WOU ,TAMAWADI,EHSAN DEYIR,TOY OLMUYUF

Qanun 2020-08-23 15:40:07

Şəkildəkilət kimdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol