Menu

ERMƏNİSTANIN DİVERSİYA-KƏŞFİYYAT QRUPUNUN KOMANDİRİ ƏSİR GÖTÜRÜLDÜ - Rəsmi

23.08.2020, 21:26
ERMƏNİSTANIN DİVERSİYA-KƏŞFİYYAT QRUPUNUN KOMANDİRİ ƏSİR GÖTÜRÜLDÜ - Rəsmi

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Şərhlər

Eldəniz 2020-08-24 07:25:36

Eşq olsun Azərbaycan Ordusuna.Allah ordumuzu qorusun .Amin

Vətəndaş 2020-08-23 23:49:18

Allah millətimizə xalqımıza kömək olsun. Çox təhlükəli və müəmmalı bir durumdayıq. İçəridə də kreslo uğrunda didişmə boğuşma gedir. Nə baş verdiyini də xalqdan gizlədirlər

Mahir 2020-08-23 22:54:30

Rus gəmiləri Bakıya gəldi. Eyni zamanda Şoyqu da Bakıdadır. Yəqin rus komanda verib erməniyə ki nə edə bilirsiniz edin,qorxmayın. Neçə ki rusdan sallaşıb əl çəkməyəcəyik,başqa torpaqlarımız da gedəcək.

Türk 2020-08-23 22:51:41

Türkiyə ilə hərbi müqavilə bağlanmalı və Türk ordusu Azərbaycanda qalmalıdır. Yoxsa düşmənlərimiz daha da quduzlaşacaqlar

t.ədalət 2020-08-23 21:36:23

Şoyqu,bəlkə də elə bu diversantı geriyə almaqdan ötrü gəlib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol