Menu

“Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!” – “Dəqiqləşdirin, hansı prezidentin yanındasınız?...”

23.08.2020, 23:18
“Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!” – “Dəqiqləşdirin, hansı prezidentin yanındasınız?...”

Elşən MUSAYEV, 

Milli Məclisin üzvü

Madam ki, qalmaqallı toy və Ramiz Mehdiyevin anti-hüquqi hərəkətləri ilə bağlı mövqe bildirməyə ürək, cəsarət etməyənlərin sayı hələ də yetərincədir, o zaman həmin nala-mıxa vuranların da əvəzinə biz danışaq, sözümüzü deyək və durdugumuz, qərarlaşdığımız yeri bəlli edək!

Ramiz Mehdiyev həmin toyu qəsdən təşkil edib. Qanunları nümayişkəranə şəkildə pozub. Mənasız və dikbaş dirəniş göstərib. Öz aləmində demarş siyasəti yürüdüb. Və bu, onun ilk addımı deyil. Mehdiyev yüksək vəzifədən getdiyi ilk gündən etibarən hətərəm-pətərəm açıqlamalar verir, müsahibələrində atmacalar atır, hansısa planın ssenarisini cızır, eks-məmurlardan ibarət müdafiə və hücum həlqəsi yaradır, yerində sakit dayanmır. Toy isə son dayanacaqdır. Daha dəqiqi, mən belə ehtimal edirəm ki, son dayanacaqdır. Çünki həm dövlətin güzəşt limiti bitib, həm də qanunun və hüququn səbr kasası daşıb. Yetər artıq. Bu qədəri bəsdir. İfşa olunmalıdır, Ramiz Mehdiyev. Getməlidir işdən və vəzifədən. Getməlidir, siyasi arenadan. Getməlidir, bu millətin və dövlətin həyatından. Getməlidir, vəssalam.

Sandıq tərsinə fırladılmalı, Ramiz Mehdiyevin bütün əməlləri açılıb tökülməlidir. Dövlət bu adama nə yaşına, nə başına, nə də Siyavuş Novruzovun təbirincə desək, “ağsaqqallığına” görə güzəşt etməməlidir. Nəyə layiqdirsə, o cavabı almalıdır. Günahı, məsuliyyəti varsa cəzalanmalıdır. Tapdalamaq istədiyi qanunlar ona hökm etməlidir. Altda, daldada, separat formada qurduğu planlar üzə çıxarılmalı, bağlı olduğu ilmələr araşdırılmalı, adamın əsl siması və riyakar personajı cəmiyyətə açıq formada təqdim olunmalıdır.

Ramiz Mehdiyev artıq Milli Elmlər Akademiyasına rəhbərlik etmək haqqını itirib. O, bu vəzifədən təcili istefa verməlidir. Verməsə, ictimai qınaq onu bu addıma sövq etməlidir. Siyasi xəyanət yolunu tutan, qanun pozan, hüquq tapdalayan, dövlətə meydan oxumağa cəhd edən adam o böyüklükdə ziyalı ocağına rəhbərlik edə bilməz!

Ramiz Mehdiyevin toyunda, məclisində, ətrafında cəmlənənlər, onun törətdiyi qanun pozuntularına, cinayətlərə şərik çıxanlar ya açıq formada desinlər ki, biz bunu şüurlu formada eləmişik, mövqeyimiz budur, ya da səhvlərindən dolayı üzr istəsinlər. Alternativ variant yoxdur. Niyə? Çünki, artıq Ramiz Mehdiyevin getdiyi yol dövlət yolu deyil. Dövlətin yanında olanlar Ramiz Mehdiyevin kölgəsinin belə onlara toxunmasına razı olmamalıdırlar, rəvac verməməlidirlər. İlham Əliyevi və dövlətçilik fəlsəfəsini dərindən dərk edənlər Mehdiyev aşiqi ola bilməz! Azərbaycanın bu gününə və gələcəyinə hörmət edən adam Mehdiyevin oyunlarına alət olmaz, Mehdiyevin əlaltısına çevrilməz, Mehdiyevin “krişa”lığını qəbul etməz, Mehdiyevin şərəfinə mənasız mədhiyyələr, tostlar, sağlıqlar söyləməz!

Dövlət Ramiz Mehdiyev və onun klanının zərərsizləşdirilməsi istiqamətində təcili, ciddi və təxirəsalınmaz addımlar atmalıdır. Proses kürəkən və qudanın cəzalandırılması ilə yekunlaşmamalı, Mehdiyevin qurduğu böyük miqyaslı oyun ssenarisindəki bütün üzvlər, iştirakçılar, dəstəkçilər aşkara çıxarılmalı, nəzarətə götürülməlidir.

Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər. Biz İlham Əliyevin və dövlətin yanındayıq.

İlham Əliyevin adını çəkmədən sadəcə Prezidentin yanında olduqlarını deyənlər isə bir zəhmət, dəqiqləşdirsinlər, söhbət dövlətinmi Prezidentindən gedir, yoxsa Akademiyanınmı?!

Şərhlər

Tofiq 2020-08-24 17:18:24

Agsulu

Kəmfürsət 2020-08-24 11:54:18

Bunun bir yazısı da var idi - Əli Kərimlinin Əli həsənov və Əli Əhmədov dərdi.... O yazını bir də verin , bəlkə yadından çıxıb? Partiyasının on minlərlə üzvü bir daha oxuyu feyziyab olsunlar. O ki qaldı Tahir Vəhdətli ilə bənzədilməsinə... o zalda oqədər belələri var ki...adamı ağlamaq tutur)))) Minlərlə və

Çingiz 2020-08-24 11:10:42

Bu yersiz sual deyilmi? Onlar dəqiqləşdirdiklərindən elə orada idilər.Belə mənasız sözlərin nə mənası var?

Xanım 2020-08-24 11:03:44

Nə yaxşı ki Ramiz Mehdiyev toy elədi. Bu simasızlar bir daha kim olduqlarını nümayiş etdirdilər. Bunlarda utanmaq zad yoxdur ee. Növbəyə durublar bir vaxt sitayiş etdikləri Ramiz Mehdiyevi söymək üçün.

Kamran 2020-08-24 10:33:58

....Bunun özü də elə Ramiz Mehdiyevin adamıdır.Belə məddahların hamısını rədd etmək lazımdır.

Valeh 2020-08-24 10:23:08

Onlar sizdən deyillər bəs siz kimdənsiz Yaltaqlığın bir sərhədddi olmazmış.

Bikurs 2020-08-24 10:14:43

Dərin təhlildə hamısının Kremlin pişvazına durub, 1 və n-ci rollara can atdıqları

Mahir 2020-08-24 10:07:33

Hanı Zahid Oruc, Mübariz Qurbanlı, Bahar Muradova, Eldar İbrahimov, Elman Nəsirov, Jalə Əliyeva......Hanı YAP-ın kükrəyən natiqləri... Yoxsa YAP an

oxucu 2020-08-24 09:55:11

Elşən sən də nala mıxa vuransan

Ramil Turanov 2020-08-24 09:01:59

Tahir Kərimli prezident vəzifədəykən üzünə xəyanət etdiyin deyib,namərdlik edirsən,mehdi!

Ramil Turanov 2020-08-24 08:58:01

Namırd Mehdi,Tahir Kərimli vəzifədən getməmiş prezidentin üzünə sözü deyib.

RO 2020-08-24 07:05:35

Kitayskidiler !!!

Omer 2020-08-24 04:15:03

Toy qanunsuzdur! Amma basa dusulmeyen abel muellim in sagligi a qarsi cixislardir. Bele cixirki 21 ciesrde kimi we isine qiymeti verib teriflemek, saglig demek olmaz. Yeni isdediyin kimi. Bax esl biabirciliqdi budu.. Yaxsi olarki bu barede hec ne demeyesiniz mence

.EJDER NAQILBAZ 2020-08-24 01:39:32

BELELERILE BIZ ANALOQU OLMAYAN INKIWAF ETMIWIK.INAN DAWA DONSUN.BUNLARIN NECE SIFETI VAR

Oxucu 2020-08-24 01:24:14

Bu toyda Hacıbala Abutalıbovdan başqa hamı olub.

Nazim 2020-08-24 00:41:03

ramiz mehdiyevin adamlari zakir qaralov, bahar muradova ve sairlere qarwi tecili huquqi tedbirler heyata kecirilmelidir

Ziyəddin 2020-08-24 00:20:08

Belə baxanda normal mövqeni Elşən Musayev ortalığa qoyub. O biri həmkarları bilinmir Mehdiyevi tənqid edir yoxsa tərif edir. Yəqin düşünürlər ki, Mehdiyev dirilib onlara qan uddurar. Amma Elşən hər halda ortalığa açıq mövqe qoyub, nala mıxa vurmayıb, sözünü deyib. Vıziyyət məncə həqiqətən ciddidir. Nəsə biz bilmədiyimiz şeylər var. Hər halda yaxın günlərdə müəyyən olacaq. Amma şəxsən mən Elşən Musayevin tam açıq mövqeyini bəyəndim.

Mehdi 2020-08-24 00:08:05

Bu var ey elsən,bilirsiniz kimin kopyasidir.O vaxt cəbhə hokumetindeki Tahir kerimli tocnu özudur.Sabah allah eləməmis kimi hökumet deyisse görun bu cixib köhnə hökumetin dalinca neler danisacaq.Ay sizi,ay sizi.Sizlerin dabbaqda gönunə bələdəm.Ramiz köhne isinde olsaydi sən elsən neteri ona yaltaqlanib terifleyerdin.Of of of.Sizlerin ne sifetleri varmis ilahi.

Namiq 2020-08-23 23:48:37

bu cur achiq ve birsifetli movqe numayish etdirkek lazimdir, teshekkurler Musayev!

t.ədalət 2020-08-23 23:46:38

Xalq arasında Ramiz Mehdiyev- Ramil Usubov- Zahid Oruc üçlüyü,birliyi və sadiqliyi haqqında çox danışılır.Ola bilməz ki, Zahid Oruc R.Mehdiyevin məclisindəın kənarda qalsın.

Lətif 2020-08-23 23:38:48

. Bu məmurlar,deputalar öz simaların bir daha göstərdilər. Bu millət bunlardan yaxşı heç nə gözləməli deyil, özü öz başına bir çarə qılmalıdır.

t.ədalət 2020-08-23 23:36:12

Deyəsən,Ramiz Mehdiyevin toy məsələsi hakimiyyəti dağıtmaq üçün ətrafında olan adamları yanına toplamaq üçün bir bəhanə olub.Bəlkə də Türkiyənin Azərbaycana yaxınlaşmasından əndişələnən Rusiya öz kadrını fəaliyyətə qoşub.Qarşıda,ola bilsin ki,hansısa təhlükəli oyunlar var.

Fariz 2020-08-23 23:29:25

Deyəsən Siyavuş bundan çox ağıllıdır. Bunlar niyə bir-birlərinə qarşı da belə ipi qırıqdırlar. Bunların behi-bazarı qətiyyən yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol