Menu

"Bu "e-mail"dən gələn məktublara diqqət edin" - Nazirlikdən xəbərdarlıq

08.10.2014, 12:38
"Bu "e-mail"dən gələn məktublara diqqət edin" - Nazirlikdən xəbərdarlıq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi e-poçtunuza yerli internet istifadəçilərini daha bir kiber təhlükə ilə bağlı məlumatlandırır.

MX Lab, “Adobe İnvoice” mövzusu ilə göndərilən e-poçt vasitəsilə yayılan yeni troyanın qarşısını almağa başlayıb. Bu saxta e-poçt mesajı “Adobe Billing” istifadəçi adı ilə billing@adobe.com e-poçt ünvanı vasitəsi ilə göndərilir.

Göndərilən e-poçta əlavə olunmuş faylın adı “Adobe Invoice.doc.” -dur və 42 kb həcmindədir.

Bu troyan W97M.Dropper.F, VBA/TrojanDownloader.Agent.AZ, MSOffice/Agent!tr və ya Win32.Trojan.Macro.Dxmz. adı ilə tanınır.

ETM bu mövzuda daxil olmuş mesajdakı əlavə olunmuş faylı yükləməməyi və həmin mesajı dərhal silməyi tövsiyə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol