AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumatlara münasibət bildirib:
"Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb. Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.
Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir."
* * *
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.
“Report”un əldə etdiyi məlumata görə, o, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.
AMEA-nın işçiləri isə “Report”a bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq hazırda işdədir.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.
Daha sonra Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

Şərhlər
Azərbaycan milli yox, intermilli dövlətdir? Ermənistan isə iflas-məğlub Qafqaz Türkiyəsində cərimə kimi yarandığındar Uydurma tarix və Nasizmdən başqa çıxış yolu görmür?
mənə cox maraqlıdı Ramiz Mehdiyevin qaynı Levon və ailə üzvləri Ermənstannan Azərbaycana necə ğəlib)))
Hansı fəaliyyətini? Başqa nəvəsinə toy etməyə hazırlaşır???Yəni EA prezidenti seçiləndən bunun gördüyü iş kimi TOY yadda qalıb ona görə soruşuram. Alə axper, Ramizcan bəsdir də camaatı ..xa saldın.Bu dəfəetsən ölkənin yarısına 15 sutka verəcəklər.Etmə, eləmə AXPER....
BOW BURAXIN GETSIN,YA TEBYA PORODIL,YA TEBYA UBYU
MEZUN|YYET NED| ! BELE ADAM|N EA-na BASC|L|Q ETMES| ABSURDDU! CAVAN SAVADL| ADAMLAR|M|ZA NE GEL|B! BU ADAM|N QAN| TEM|Z DEY|L VE NE VAXTSA BUNU B|RUZE VERMEL|YD|!
Belə səhnələr çox davam etməz, hərşey görünən və bilinəndir.
Ramiz məsələsi talançıların oyununa oxşayır. Kütlənin fikrini başqa səmtə yönəltmək üçün. Ölkədə vəiyyət çox gərgindir. Ölkə talan olunub. İndi də Rus gəmilərini soxdular Azərbaycana. Şoyqu da gəlir. Çox mıəsələr var ki, insanların kütləvi etirazına səbəb ola bilər. Ona görə Ramizi futbol topu kimi atıblar ortaya. Pamiz indi heç kimidir. Oyundur bu, yaxşı düşünülmüş oyun.
Bəs başqa hallarda olduğu kimi niyə DİN-nin işçiləri toya müdaxilə etməyib? Ayrıseçkilik.yoxsa razılaşma?
Bunun bir ayağı gordadır niyə gedib milyadlarını yemir
Ay xatakar, ay qoca qurd!!!!! Payıza qədər vəzifəndə qalmaq istəyirsən?? Ona qədər vaxt qazanırsan????? Səndən nə desən gözləmək olar.....Putin hələ ki, qəti sözün deməyib hııyyyyy....
Göz görə-görə R.Mehdiyevin toyuna qara geydirdilər də.....Düz deyirlər ki, nə edirsənsə mütləq bumeranq effekti ilə özünə qayıdır.Ramiz Mehdiyev bu xala, bu millətə çox yamanlıqlar edib.Hələ də bunu anlamırıq.Buna niyə etdiləri bir yana qoyuram.Hər nəyə görə etdilərsə də haqq ediblər və hələ az ediblər..