Menu

“Siyavuş Novruzovun indi dediklərini Ramiz Mehdiyev sözbəsöz Heydər Əliyev haqqında deyib” - Cəmil Həsənli

24.08.2020, 14:03
“Siyavuş Novruzovun indi dediklərini Ramiz Mehdiyev sözbəsöz Heydər Əliyev haqqında deyib” - Cəmil Həsənli

"Vaxtı ilə Əbdürrəhman Vəzirov respublika rəhbəri təyin edildikdən sonra 1988-ci ildə Ramiz Mehdiyevin məsələsini plenuma qoyub, onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edəndə, bu gün Siyavuş Novruzovun onun haqqında dediklərini Ramiz Mehdiyev də sözbəsöz Heydər Əliyev haqqında deyib".

"AzPolitika.info" xəbər verir ki, bunu tarixçi professor Cəmil Həsənli bildirib. O, qeyd edib ki, Plenumda Ramiz Mehdiyevi Heydər Əliyevin "adamı" kimi ittiham edəndə o, qəti şəkildə etiraz edib demişdi ki, heç vaxt Heydər Əliyevin "adamı" olmayıb və onun vəzifə karyerasında Heydər Əliyevin heç bir rolu olmayıb.

"Onu komsomol işinə Həsən Həsənov, partiya işinə isə Teymur Süleymanoviç (Əliyev) irəli çəkib. Əksinə, Heydər Əliyevlə uzun müddət münasibətləri soyuq olub və Əliyev hətta onun karyera yüksəlişinə də mane olub. O, əlavə edirdi ki, biz yalnız Vəzirovun gəlişindən sonra anladıq ki, əsl partiya işi, partiya demokratiyası nə deməkdir. O, bütün vasitələrlə çalışırdı ki, Mərkəzi Komitənin (MK) katibi vəzifəsindən uzaqlaşdırılsa da, MK üzvü olaraq qalsın. Necə ki, Prezidentin İcra Aparatının rəhbəri vəzifəsindən getsə də, Təhlükəsizlik Şurasının üzvü olaraq qalır. Plenumda Heydər Əliyevin əleyhinə danışması da bununla bağlı idi. Lakin indikindən fərqli olaraq, onu 1988-ci ildə onu həm MK katibi vəzifəsindən, həm də üzvlüyündən azad etdilər" - C.Həsənli vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

semra 2020-08-26 23:07:23

Cemil muellim sizin Siyavuw Novruzovla hokumet baginda bagiwladiginiz kitablar yaddinizdan cixib

eraz 2020-08-26 17:38:31

seyavus en layiqli yeri Cehri kendine ferma mudirdir

Taleh 2020-08-24 17:19:26

Siyaquşu ən yaxşı halda YAP-da təsərrüfat müdiri qoymaq olardı, Hərçənd bu da riskli idi.Amma onu 750 minlik YAP-ın ica katibinin müavini qoydular.Son 2-3 ildə də əsas söz sahibi, YAP-ı idarəçiliyi onda idi.Üzvlük haqqıların yeyib harınlamışdı.İndi Siyavuşda nə günah var? Günah onu o vəzifəyə qoyandadır.Ö özü də hələ nə etdiyini bilmir, dərk etmir vallah....

Shahriyar 2020-08-24 15:21:08

Salam. Təsadüfi olaraq demirlər ki, təkrar biliyin anasıdır! Tarixi obyektiv və imkan verilən qədərqərəzsiz öyrənmək lazımdır. Ə.Vəzirovun elədikləri və indiki hadisələr... Belə çıxır ki, 32 il bundan əvvəl məsələ birdəfəlik həll edilməli idi?! Rəhmətlik Tofiq Qasımovun 1993-cü ilin iyun ya da ki, iyul aylarında Milli Məclisdəki çıxışı və rəhmətlik Hacı Əbdülün dedikləri indinin özündə belə aktuallıqlarını itirməyib!!!

Rauf 2020-08-24 14:28:20

tarix nəticə çıxarmayanda təkrarlanır

t.ədalət 2020-08-24 14:27:43

Şair-publisist Zeynal Vəfanın R.Mehdiyevin zövcəsi Qalina Yuriyevnanın "Rosiyskiy fermer" qəzetində Ayaz Mütəllibova müraciətlə əlaqədar yazısından yaxşı xəbərdardır.Həmin məqalədə A.Mütəllibova müraciət olunurdu ki,R.Mehdiyevə toxunmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol