Menu

Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı - “Burada pis nə var axı?” + VİDEO

24.08.2020, 16:25
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı - “Burada pis nə var axı?” + VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan bir videogörüntüdə sabiq deputat Hadi Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə paytaxt restoranlarının birində toy etdiyi iddia olunub.

"AzPolitika" xəbər verir ki, məsələ ilə bağlı “news24.az”a açıqlama verən Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu fikirləri səsləndirib:

“Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfər “Sea Breeze” restoranında açıq havada yemək yeyiblər. Min nəfər adam orada çörək yeyir. Burada pis nə var axı? Nə mən özüm, nə də ailəm iştirak etməyib.

Zəng et, həmin restorandan soruş. Yaxud da dostlarım Hüseynbala Mirələmov və Eldar İbrahimovdan öyrən. Gör, kim olub orada? Bu qədər allahsızlıq olmaz. Mənim adımı heç yerdə çəkməyin.

150 nəfərlik toy olmayıb. Mən bugünkü jurnalistləri bilirəm. Siz bir az Allahdan qorxun. Allah cəzalandırır, etməyin. Səhv edib, telefonu götürdüm”.

Daha sonra o, sözlərinə belə davam edib:

“İki il bundan qabaq Elgizlə şəhid ailəsinin toyunda iştirak etdiyim fotonu yayıblar. Hazırda istirahətdəyəm, heç bir siyasətə qarışmıram. Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç yerdə çıxış etməmişəm.

DİN öz qərarını verib, bu barədə artıq nəsə demək istəmirəm. Bir az mənə imkan verin, istirahət edim, nə olar”.

Şərhlər

Müasir Bəhrami təklif 2020-08-25 06:21:38

Hər iki tərəf razılığa gəlib hüquqi nikaha girir. Sonra izdivacı iki səbəkar münasib anda keçirsin. Şadlıq yığıncağı onsuz da imkandan asılıdır!

Talıb 2020-08-24 22:27:57

Hansı fahişəni dindisən deyəcək ki,"fahişəlik dünyada ən qədim sənətdir, burda nə var ki,?"Amma fahişəlik həmişə fahişəlikdir.Qədimdir, müasirdir fər etməz.V

nihad 2020-08-24 22:03:46

bunlar düzəlmir ki,düzəlmir

Kar kor 2020-08-24 20:11:31

Mən səndən küsdərəcik. Uşaq başı aldadırsan? Camaat görür axı.

vetendaş 2020-08-24 19:05:26

hadi jurnalistlərə Allahdan qorx deyirsən.! Allahsızlıq edən jurnalist çox azdı ama senin kimi Allahın tanımayan var-dövlətə susayanlar çoxdu. el qərəz Allahdan qorxmalı adam sensen...!

M.Əsgərov 2020-08-24 17:34:42

bu ağılnan neçə qardaşsınız, hadı , bıdı, bes sonra.....

Ədalətli insan 2020-08-24 17:32:35

kəfi alınmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol