Menu

“Müsəlman dünyası Çinin soyqırımına səssiz qalmamalıdır” - Xudayar

24.08.2020, 20:50
“Müsəlman dünyası Çinin soyqırımına səssiz qalmamalıdır” - Xudayar

“İstər siyasi, istər maddi, istər diplomatik, istərsə də digər tərəfdən müsəlman dünyasından həmrəylik və dəstək gözləyirik. Ədalətə nail olacağıq və Şərqi Türküstanda onilliklər boyu Çin işğalı və soyqırımına son qoyacağıq".

“AzPolitika.info” xəbər verir ki, bunu Sincan kimi tanınan Şərqi Türküstanın mühacirətdə olan hökumətinin baş naziri Salih Xudayar, “Gündəlik Cenevrə” qəzetinə verdiyi videomüsahibədə deyib.

“Biz, bir daha bütün müsəlman dünyasını sükutu pozmağa, Şərqi Türküstanı və uyğur xalqını Çin işğalı və zülmündən azad etmək üçün əllərindən gələni etməyə çağırırıq", - deyə S.Xudayar, Çin hökumətinin etdiyi təzyiqlərə toxunaraq, Şərqi Türküstanda 3 milyondan çox insanın konsentrasiya düşərgələrində saxlanıldığını bildirib. S.Xudayar iddia edir ki, Çin hökuməti tərəfindən Şərqi Türküstanda məscidlər, digər dini yerlər dağıdılıb, Quran və digər İslam mətnləri yandırılıb. 500 mindən çox Şərqi Türküstanlı uşaq ailələrindən zorla alınaraq ateist Çin vətəndaşı olaraq böyüdülmək üçün uşaq evlərinə göndərilib.

S.Xudayar əlavə olaraq deyib ki, Çin hökuməti tərəfindən Şərqi Türküstan qadınları “sterilizasiya” edilir, müsəlmanlar donuz əti yeməyə və spirtli içki içməyə məcbur edilir: “Şərqi Türküstan müsəlmanlarının orqanları yığılır və halal orqanlar kimi dünya müsəlmanlarına satılır".

Şərhlər

VƏTƏNDAŞ 2020-08-25 10:09:16

Allah uyğur xalqına, müsəlman qardaşlarımıza kömək olsun.Türkiyədən başqa uyğur müsəlmanlarına kömək etmək istəyən müsəlman ölkəsi yoxdur.Ərəb ölkələriƏ İranın adları müsəlmandır,özləri yox.

Eli 2020-08-24 23:32:54

Çingizxanın bir sözü var.Deyib ki bu dünyada bir artıq adam varsa o da Roma Papasıdır.Ancaq Papa bu gün bütün xristianlara ve xristian dünyasına her menada dayaqdır.Müselmanların da bele bir “Papa”sı olsaydı bu gnde olmazdı.Di gel ki müselmanların mentiqle baş ruhanisi olmaşı olan Seudiyye kralının oğlu başqa bir ölkede sefirliyinde öz vetendaşını boğdurur.Bes müselmanlar ne günde olmalıdırlar bu birliyin qarşısında.

Xalq 2020-08-24 22:37:08

Allah yox yerdən sizə kömək etsin!

Vəli 2020-08-24 22:31:57

Bu Xudayar adını eşidəndə adam diksinir və sonra qıdıgı gəlir.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol