İSRAİL TÜRKİYƏNİ HƏDƏFƏ ALIB – “Bizim üçün ən böyük təhlükədir”

İsrail Türkiyənin «məkrli obrazı»nı yaratmaq istiqamətində öz fəaliyyətini Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə koordinasiya edir. İsrailin xarici kəşfiyyat qurumu olan «Mossad»ın başçısı Yosi Koen Türkiyəni yəhudi dövləti üçün İrandan da «böyük təhlükə» hesab edir. Bu barədə Britaniyanın «Sunday Times» nəşrində siyasi şərhçi Rocer Boys yazıb.

Onun ərəb paytaxtlarındakı mənbələrinin məlumatına görə, İsrailin baş kəşfiyyatçısı iki il bundan əvvəl «Türkiyə təhlükəsini Misirdən olan həmkarları ilə müzakirə edib».

Boys yazır: «İranın gücü kövrəkdir - deyə, bu söhbətdə «Mossad» direktoru əmin olduğunu bildirib - ancaq real təhlükə Türkiyədən qaynaqlanır».

Bu zaman qeyd olunur ki, Koen İranın İsrail və Fars köfəzindəki ərəb dövlətləri üçün real təhlükə olmağı dayandırdığını nəzərdə tutmayıb, əksinə, onu nəzərdə tutub ki, İranı sanksiyalar, embarqolar, kəşfiyyat məlumatlarının mübadiləsi və gizli reydlərin köməyi ilə dayandırmaq olar. Ancaq «Türkiyənin aqressiv diplomatiyası», onun Yaxın Şərqdə yaxşı hesablanmamış riskləri Şərqi Aralıq dənizində strateji təhlükəsizliyə başqa mahiyyətli çağırışlar yaradır.

Boys qeyd edir ki, İsrail tərəfidən verilən belə siqnalların adersantları təkcə İranın bölgdəki ərəb rəqibləri yox, həm də Birləşmiş Ştatlar və Avropadır. İsraillilər bununla ona nail olmağa cəhd edirlər ki, amerikalılar və avropalılar Yaxın Şərqin işlərinə daha həvəslə qarışsınlar - əgər İsrail təhlükə altına düşərsə.

Artıq xəbər verildiyi kimi, Fələstinin HƏMAS hərəkatının lideri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tövsiyəsi ilə İsrailə qarşı «müharibəyə» başlayıb. Bu barədə Yunanıstan KİV-nə istinadla avqustun 24-də İsrailin «7 kanal» televiziyası xəbər verib.

«Məlumatlı mənbələrin» informasiyasına görə, Qəzza bölgəsində HƏMAS-ın nəzarətində olan ərazidə İsraillə sərhəddə növbəti gərginlik Fələstin hərəkatının lideri İsmail Haninin Ərdoğanla İstanbulda görüşməsindən sonra yaranıb. Görüşdə Türkiyə kəşfiyyat təşkilatının (MİT) nümayəndələri də iştirak ediblər. Qeyd olunur ki, Ankaranın HƏMAS üzərindən İsraillə sərhəddəki fəaliyyəti Yaxın Şərq bölgəsində Türkiyə ekspansiyasının genişlənməsinin növbəti təzahürüdür.

Beləliklə, İsrailin və ərəb ölkələrinin son davranışları açıq göstərir ki, Türkiyə Fələstin xalqının müdafiəsinə qalxdığı bir vaxtdə, ərəb dövlətləri olan Misir, Səudiyyə Ərəbistanı və BƏƏ Türkiyəyə qarşı İsrail və Yunanıstanla birlikdə vahid cəbhədə birləşiblər. Maraqlısı isə odur ki, adı çəkilən ərəb dövlətləri İslam Əməkdaşlıq Təşkilatının üzvləridir. Buradan belə bir nəticə çıxarmaq olar ki, ərəblərin (həm də farsların!) müsəlmanlığı «boğazdan yuxarı» dindarlıqdır.

Təkrar etməyə ehtiyac yoxdur ki, Türkiyə Azərbaycanın qardaşı və ən yaxın müttəfiqidir - necə deyərlər, onlar «bir millət, iki dövlət»dirlər. Azərbaycanın atalar məsəli var - dostumun düşməni, mənim də düşmənimdir. Düşünürük ki, bu məntiqdən çıxış edərək, Azərbaycan sözügedən dövlətlərlə xarici siyasətinə müvafiq korrektələr edəcək və əməli ilə gerçəkdən Türkiyənin yanında olduğunu növbəti dəfə dünyaya nümayiş etdirəcək.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

vuqar 2020-08-25 17:38:47

ANAR 91 -- 0 QEDER G0ZEL X|RDALAD|K| NESE ELAVE ETMEYE EHT|YAC QALMAD| ! B|RDE M|RSE MELL|M DUNYADA EN GUCLU L0BB| MERKEZLER|NE MAL|K YEHUD|LER S0N |LLER B|ZE VERD|KLER| DESTEK K0NQRESSDEDE 0ZUNU G0STERD| ! S|Z|N S|YAS| XETT|N|Z| qeyr|-kaf| DEYERLEND|R|REM! YAZ| YAZANDA DAG|D|C| M0VQEDEN Y0X B|RLESD|R|C| M0VQEDEN C|X|S ETSEN|Z P|S 0LMAZ!

Xalq 2020-08-25 14:09:23

Mirzə müəllim! İsrail barədə sizinlə həmfikir deyilik. İsraillə bizim ən yaxın münasibətimiz var, burada çoxlu yəhudi qardaşlarımız var, Qubada, Bakıda çoxlu yəhudilər yaşayır. Onlardan silah-sursat alırıq.Məncə münasibətləri qorumaq lazımdır!

Anar91 2020-08-25 10:34:19

Mirzə Ağ, Soyadın Ağdır, düşüncələrin qara, siyasi görüşün tamam safsata. Çoxdandır izlədiyimə görə, dini boşboğazlığı sən edirsən. İsrail Azərbaycanın dostudur, Türkiyə isə ən yaxın müttəfiqi. Qardaşlıq da var, əlbət. Çalışıb, bu 2 ölkənin birliyinə nail olmaq lazımdır. Fələstini qırırlar, lap düz edirlər. O fələstindir ki, ermənilərə Dağlıq Qarabağda dəstək olurlar. Sən də onların təəssübünü çəkirsən? Bunu xəbər edib paylaşanda, məntiqini arxana almazdın kaş. Ərəblər bilir Fələstin haqsızdır, ona görə maraqlarını qoruyurlar. Sənə nə gəlib? Yaxşı ki, sənə böyük vəzifə verməyiblər. Dövləti və milləti məzhəbçiliyin ucbatından dövləti də, xalqı da güdaza verərdin.

oxucu 2020-08-25 06:24:59

Düzgün şərh vermirsiz. O atalar məsəlini kimin atası deyib bilmirəm-amma sabah sənin dostun öz düşməni ilə barışıb dost olanda sən nə vəziyyətdə qalacaqsan? siyasətdə dost və düşmən yoxdu- maraqlar var.

Tofiq 2020-08-25 01:14:18

Men burada muəlliflə raziılaşmıram -Türkiyə bizim qardaşımız, İsrail isə bizim çox yaxın və sadiq müttəfiqimizdir və biz Tel-Əvivlə də münasibətləri korlaya bilmərik. İsrailə və Turkiyəyə münasibət elə olmalıdır kı nece deyərlər əsil " balanslaşdırılmış siyasət" burada yeridilməlidir

Son yazılar