Menu

BƏƏ-dən şok gedişat - İsraillə görüş ləğv olundu

25.08.2020, 09:17
BƏƏ-dən şok gedişat - İsraillə görüş ləğv olundu

Cümə günü BƏƏ, İsrail və ABŞ arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş ləğv edilib.

Axar.az "Yeni Akit"ə istinadla xəbər verir ki, BƏƏ hökumətinin görüşdən imtina etməsi səbəbindən toplantının ləğv ediliyi bildirilib. Belə ki, İsrail Baş naziri Benyamin Netanyahunun BƏƏ ilə ABŞ arasında F-35 müqaviləsinə qarşı çıxdığı üçün görüşün baş tutmayacağı bəyan edilib.

Qeyd edək ki, B.Netanyahu açıqlamasında Yaxın Şərqdəki bütün ölkələrə F-35 və digər qabaqcıl silahların satışının əleyhinə olduqlarını söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol