Menu

“Navalnını zəhərləyənləri təcili tapın!” - Merkel və XİN rəhbəri Putinə çağırış etdi

25.08.2020, 09:34
“Navalnını zəhərləyənləri təcili tapın!” - Merkel və XİN rəhbəri Putinə çağırış etdi

Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.

Merkel və Maas belə bir bəyanatı avqustun 24-də ''Charite '' xəstəxanasının Aleksey Navalnın zəhərlənməsi ilə bağlı yaydığı açıqlamadan sonra veriblər. Beləki, xəstəxananın bazar ertəsi yaydığı açıqlamada rusiyalı müxalifət lideri Aleksey Navalnının "xolinesterazanın inhibitorları qrupu"ndan olan toksiki maddənin təsirinə məruz qaldığı deyilir. 

Açıqlamada deyilir ki, xüsusi maddə hələlik məlum deyil və daha geniş miqyaslı təhlil başlanıb. (azadliq.org)

Şərhlər

musa 2020-08-25 17:54:05

kimi axtaracaqlar ?putin özünü axtarıb yaxud tutacaq ?

t.ədalət 2020-08-25 15:34:15

Qəribədir,merkel bilmir ki,onu Putinin göstərişi ilə zəhərləyiblər?Bu səfehliyə görə Rusiya yenidən sanksiyalara məruz qalacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol