AKADEMİK OLUB, ŞƏXSİYYƏT OLA BİLMƏYƏNLƏR – Həbs, hətta ölüm daha yaxşı deyildimi?!...

Ramiz Mehdiyevin ətrafında yaranan toy qalmaqalının ailə-məişət və karantin müstəvisindən çıxıb, ictimai-siyasi hadisəyə çevrilməsi nəticəsində çox maskalar yırtıldı, çox mətləblər üzə çıxdı.

Məşhur “Mehman” filmində prokurorun evinə yığışan müftəxorları, yaltaqları, oğruları dağıdıb, aş qazanını da qoltuqlarına verməsini xatırladan məclisdə iştirak edənlərin cəzalandırılmasına dair mətbuatda müxtəlif fotolar və videogörüntülər yayılıb. Həmin görüntülərdən biri də akademik titulu daşıyan Abel Məhərrəmovun və Əli Abasovun polis şöbəsində cərimələnmələrindən sonra çəkilən fotolardır.

Bu fotolar sadəcə karantin qaydalarını pozan sıradan vətəndaşın boynunu bükərək çəkdirdiyi şəkil yox, həm də Azərbaycan elminin, elitasının iç acıdan görüntüsüdür. Fotodakıların savad, elmi bilikər sarıdan akademik adına nə dərəcədə layiq olduqlarını bir tərəfə qoyaq. Görəsən, bu adamların mənəvi keyfiyyətləri, eləcə də öz mənliklərinə, adlarına, ləyaqətlərinə münasibətləri akademik adına uyğundurmu?

Çox zaman at, yaxud toyuq oğrularının, dana əti adıyla at əti satanların divara qısılaraq, kor-peşiman, boynunu büküb dayandıqlarının və şəklinin çəkilib paylaşılmasına razılıq verdiklərinin şahidi olmuşuq. Adətən, özünə az-çox hörmət edən hansısa cibgir belə, şəklinin çəkilib bu cür təqdim olunmasına müqavimət göstərir, buna imkan vermir, həbsə gedir, amma aşağılanmaq istəmir! Ancaq bizim akademiklərimizə baxın – sanki canlarını 400 manat cərimə ilə qurtardıqlarına sevinirmiş kimi, daha ağır cəza almamaq üçün istənilən rəzil duruma, mənzərəyə imza atmağa razıdırlar. İnanın ki, nəinki polis rəisinə, heç onları çəkənlərə də müqavimət göstərməyə, “ayıbdır, etməyin, akademik adı daşıyırıq, tələbələrimiz, aspirantlarımız, elm ictimaiyyəti bizi bu durumda görməsin” deməyə cəsarətləri çatmayıb. Çünki özləri də bilirlər ki, bundan da qat-qat rəzil, miskin duruma, kobud, aşağılayıcı münasibətə layiqdirlər. Ona görə ki, bunlar və digər bir çoxları akademik olsalar da, şəxsiyyət ola bilməyiblər – oğru xislətləri, tamahları buna imkan verməyib! Əgər olsaydılar, belə rəzil gündə şəkillərinin çəkilməsinə və paylaşılmasına razı olmazdılar. Həbsə gedərdilər, amma razı olmazdılar!

Məsələ ondadır ki, nə ictimaiyyət, nə ayrılıqda elm adamları bunların ağzına maska taxıb, divara dirəyib şəklini çəkənləri qınamır. Çünki bundan da betərinə layiq oduqlarını hamı yaxşı bilir. Biri ölkənin bir nömrəli universitetini uzun illər bazara çevirən, çapıb-talayan, rüşvəti çiçəkləndirən, o birisi də başqa bir universitetin anasını ağlar qoyub, sonradan da nazir postuna gedən, orada da rüşvətin at oynatması üçün əlindən gələni edəndir. Bir adam ki, məhkəmədə şəxsən özü ayda 300 min paket aldığını, bununla da rüşvətxorun, korrupsionerin, xalqın, dövlətin malını oğurlayanın biri olduğunu etiraf edə. Bunlardan nə akademik, nə elm adamı, nə ictimai xadim olar axı?

Ümumiyyətlə, Ramiz Mehdiyevi bu məclisi təşkil etdiyinə görə nə qədər qınasalar da, digər tərəfdən ona təşəkkür də düşür - bu “toplantı” hakimiyyət ətrafındakı “gizli bombaların” partlamasına kömək etdiyi üçün. Sanki Mehdiyev bu adamları çağırıb ifşa etdi və dedi ki, mən batıramsa, siz də batacaqsınız. Onlar isə bu tora düşməyə bilməzdilər. İlk olaraq ona görə ki, sonsuz sayda ortaq zibilləri olub və bir-birilərinin qarşısında “vəfa borcları” var. Ürəklərində dəvətə görə Ramiz Mehdiyevi söysələr də, bu dəvəti çevirməyə “duxları” çatmayıb. Digər tərəfdən görünür ki, ölkədə baş verənləri, siyasi və hakimiyyətdaxili prosesləri qiymətləndirə biləcək və bu qonaqlığın hansı nəticələr verəcəyini anlayacaq qədər dərrakələri olmayıb - akademikdirlər axı!...

Akademik adı daşıyan bu “şirin cütlüyün” indiki miskin durumuna baxanda, istər-istəməz AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevin 2005-ci ildə, məlum hadisələr zamanı həbs olunması yada düşür. Akademik bir zamanlar haqq-salamı olan, dostluq etdiyi Milli Məclisin sabiq spikeri Rəsul Quliyevə görə elə bu Ramiz Mehdiyevin təşkilatçılığı ilə təzyiqlərə məruz qaldı, həbs edildi. Amma sınmadı. Kişi kimi dözdü və sona qədər mövqeyini dəyişmədi, Rəsul Quliyevin kimliyinə, bu dostluğa nə dərəcədə layiq olub-olmamasına baxmayaraq, etibar və dəyanət göstərdi. Çünki əslində R.Quliyevə, onunla dostluğuna, kəsdiyi çörəyə yox, özünə hörmət qoydu. Baxmayaraq ki, qoca və xəstə adam idi və bəlkə də durub indiki “yüzsifətlilər” kimi R.Quliyevin, yaxud başqa birinin ünvanına təhqirlər söyləyib, hakimiyyətə mədhiyyələr qoşsaydı, heç kim onu qınamazdı. Amma etmədi. Ona görə ki, şəxsiyyət idi, az qala gözləri tutulsa da, normal yeriyə bilməsə də, ləyaqəti kor, şəxsiyyəti topal deyildi...

Nə qədər acı olsa da, bu fotolar təkcə iki Azərbaycan akademikinin yox, ümumilikdə hazırkı Azərbaycan elminin əhəmiyyətli hissəsinin sifətini, simasını göstərir. Xüsusilə də o kəsiminin ki, onun başında başqa bir akademik - Ramiz Mehdiyev durur. Təəssüf ki, belələrinin uzun illərdir davam edən “zəhmətləri” sayəsində elmimiz ağzı bağlı qalıb, maskalanıb, mənəviyyatdan, ləyaqətdən məhrum edilib, onun dəyəri isə bu “akademiklər”in ağızlarındakı maskanın qiymətinə enib...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2020-09-10 00:36:13

Surxay öüellim ehsen çox haqlı iraddırAzpolitikanın bezi jurnalistlerine ele gelir ki qelem onlatın elindedir be onlar haqlıdırlar be me isteseler yaxs bilerler Eli öüellim heqiqeyen öz hücüne bu seviyyeue çatıb en azından akadamikliye

Rabitəçiyə 2020-08-27 17:07:53

Siz həqiqəti yazdığınıza görə, bir rabitəçi kimi sizə təşəkkürlərimi bildirirəm.

Murad 2020-08-27 00:30:27

https://www.youtube.com/watch?v=P2U1-SDezuo Abel necə qudurubsa şəhid qızı tələbəyə görün nə deyir

Elchin 2020-08-26 10:59:08

Esq olsun meqale muellifine! Ela yazib

S.Ənvərqızı 2020-08-25 23:58:01

Əli müəllim, dövlətimizi, xalqımızı qəlbən sevən,intellektual səviyəli, dəyərli Alimdir !. Siz həqiqətən dövlətimizi və xalqımızı qəlbən sevirsinizsə, yaxşı olar ki, vətəndaşın şikayətinə qanunsuz cavab verən Rabitə Nazirliyindən yazın ???

İ.Mustafaoğlu 2020-08-25 23:24:09

Əli Abbasov Nazir olanda kadrları iş bacarığına , qabiliyyətinə , savadına görə təyin edibdir. Əli müəllim Rabitə Naziri olan dövrdə vətəndaşların müraciətlərinə vaxtında , obyektif baxılmasını təmin edib, şikayət doğuran işlərin qarşısını vaxtında alıb. Əsl dövlətimizi və xalqımızı qəlbən sevən Nazir olub. İndi isə Rabitə Nazirliyində vətəndaşların müraciətlərinə qanunsuz cavab verməkdən kəçinmirlər, onların qanunsuz əməllərinə göz yumulur.. ...Qaldı qarantin dövründə toyda iştirak etməsi, məcburiyyət qarşısında olub, çünki müdiri toya dəvət edibsə,necə getmiyə bilərdi ? Əli müəllimi üzürlü hesab etmək olar. Mən Əli müəllimin rəhbərliyi altında işlədiyim dövrdə şahidi olmuş, şəxsən məni qanuni qaydada idarə rəhbəri təyin edib, qanunun aliliyinə şəxsi maraqlardan həmişə üztün tutub və müsbət keyfiyyətinə görə həmişə Əli müəllimə minnətdaram . İndi isə Rabitə Nazirliyində məni kimi kasıb balasını axtaran, eşidən yoxdur, bərbad gündədir nazirlik..

surxay 2020-08-25 22:51:05

İlk növbədə bildirmək istəyirəm ki,müəllif Cəlal Məmmədov bu yazıda həddindən artıq ifrata varıb.Nəinki jurnalist etikasını,hətta bütün qırmızı cizgiləri keçib,sanki bir növ küyə düşüb.Və söylədiyi fikirlər də daha çox subyektivizmə əsaslanır.Mən burda başqalarıyla işim yoxdur,əsasən akademik Əli Abbasovdan bəhs etmək istəyirəm.Kaş bütün mənəviyyatlı,heysiyyatlı,mədəni,incə qəlbli,yüksək intellektli adamlar məhz elə Əli Abbasov səviyyədə üstün insani keyfiyyətlərə malik olaydı.Kaş elə bu iqtidara İlham Əliyevə sədaqətiylə hamı onun kimi olaydı.Sizsə heç bir haqqınız çatmadığı halda,açıq-aşkar onun şəxsiyyətini alçaltmaq məqsədiylə subyektiv fikirlər səsləndirirsiniz.Ola bilsin ki,bu yazını kiməsə xoş gəlmək və təmsil etdiyiniz sayta reytinq qazandırmaq üçün bu stildə qələmə almısınız.Və eşidin və bilin ki,nəinki sizin,heç kəsin kiminsə şəxsiyyətini alçaldan söz işlətməyə haqqı çatmır.Xüsusən də bu fikirlər Əli Abbasov kimi mədəni insana aid olanda.Bu adam nə edib? Tabeliyində olan bir şəxsin dəvət etdiyi məclisə gedib.Daha nə edib,bəlkə deyəsiniz.Bəlkə məclisdən sonra ictimai-asayişi pozub,nə edib?Klaviaturaya toxunanda əvvəl düşünün görün kimi haqqında fikr söyləyirsiniz.Son olaraq deyim ki,sizin bu yazınız jurnalistikanın ancaq üz qarası ola bilər.Hörmətlə Surxay

SABİR 2020-08-25 22:17:35

Calal müəllim əla məqalədi əksən sizə.

sual 2020-08-25 21:08:05

Oleq müəllim, balıq yemək ancaq imkanlı kəslərə verilən imtiyazdır???......))))))))))))))) narazılığın səbəbi aydın olmadı....)))))))))) ayrılmış sahədə balıq tutmaq niyə yasaq sayılmalıdır ki???........))))))))))) Sabirin məşhur şeri yadıma düşdü: dinmə-lal olaram;görmə-gözlərimi yumaram; eşitmə-qulaqlarımı bağlaram; düşünmə-bax bunu məzur tut, edəməm........)))))))))

Vasif 2020-08-25 19:04:28

Naxçıvan və Ermənistan klanları ölkəni çapıb talayıblar indi isə var-dövlət üstündə çırpışırlar

Mehdi 2020-08-25 17:10:57

Taa bunlari az danlayin,bir səhər yuxudan ayilacaqiqki Baki şəhərimdə 2 özunu kəndirlə asib intihar edib.Kimdi,kimdi bəs demezsənmi Abelnən Əli.Bax onda peşman olacaqsinizki bu yaziqlari niyə bu qədər danladiq.Ikisidə nətəri məzlum məzlum durub baxir.Qorxmuyun mən sizin dalinizdayam daq kimi durmusam.

Geber 2020-08-25 15:59:48

Dördüncü sətrə çatanda qaranliqdan işiqlar yandi fiqurlar sürreal ardicilliqla oxşamalar gündəlik gördüyümüz maskalar daha qabariq canlanib firtinali dalğlarla sifətimə çirpilanda anladim ki belə kerçəkliyi amansizliqla bir yazar Cəlal Məmmədov yaradib qişqiriram yazar islatma bizi rəhm et bir az zəid vur amansiz klaviatura ilə beyninin sari simlərinə

Xalid 2020-08-25 15:54:33

ƏHSƏN, bəy! Bütün millətin oxuyub da ibrət götürməli olduğu yazıdır. "Bir cənub məhəlləsində" filmində rəhmətlik Həsən Məmmədovun personajı demişkən: - Alə, kişi olun, eee!"

TARIX 2020-08-25 15:13:34

BELƏLƏRİ AZƏRBAYCANI DÜNYADA BİABIR EDİRLƏR.COX TƏƏSÜFLƏR OLSUN.

Vətəndaş 2020-08-25 14:54:29

Belə adamlar tutduqları vəzifələrdən uzaqlaşmalıdırlar, çünki onlar dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər....

Xalq 2020-08-25 14:33:44

R.Quliyevə görə türmədə yatmağa dəyməzdi.

Mubariz 2020-08-25 13:59:41

Sağ ol , indi baxıram bütün oğrular ,yaltaqlar ,şərəfsizlər növbəyə durub ,Mehdiyevin ömründə bir dəfə bu xalqa yaxşılığı dəydi,o da ki vəzifədə olanların iç üzünü açdı

Valeh Məmmədov 2020-08-25 13:34:02

Mən vətəni düşmən əlində olan bir vətəndaş kimi bu yazıya bu şəkillərə baxıb çox dərindən sarsıntı keçirdim .Axı bir millət olaraq belə durumları yazıb paylaşmaq ancaq milli düşmənlərimizi sevindirir.Biz bunun fərqində olmalıyıq.

.EJDER 2020-08-25 13:10:49

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

oleq 2020-08-25 13:05:46

balıq tutmaq vaxtıdır,sonra gec də ola bilər

X- persona 2020-08-25 12:48:12

спасибо за статью,как всегда вы на высоте.

Şaiq 2020-08-25 12:27:13

Cəlal müəllim, bu "alimlərə " çox dəqiq qıymət v.ermisiniz. Acınacaqlısı odur ki, strateji fəzifələrdə ya bu "alimıər", ya da bunların övladları, qohum əqrəbası yerləşdirilib. Əksərıyyətının də qanı erməni qanı ilə murdarlanıb. Mətbuatda dəfələrlə yazılıb ki...

Maqamed 2020-08-25 11:52:52

Əli İnsanov, Fərhad Əliyev və Akif Muradverdiyev həbs olunanda Abel Məhərrəmov da həbs edilmişdir. Abel " dostlarını" satıb azadlığa çıxdı. Görünür Ramiz Mehdiyevin xidmətləri olub.

A.Məmmədov 2020-08-25 11:45:58

Hörmətli Cəlal müəllim! Akademik Eldar Salayev mənim ilk laboratoriya müdirim olub. O, gözəl insan, gözəl ziyalıdır. Ona atılan şər-böhtan həqiqətə uyğun deyil. O, Azərbaycanı, Azərbaycan xalqını sevən bir insandır. Ona edilən təzyiqlər. haqsızlığın, ədalətsizliyin ən yüksək nöqtəsidir. Çox sağ olun ki, Eldar müəllimi yada salmısınız.

Rabitəçi. 2020-08-25 11:43:31

Əli Abbasov indiki rabitə nazirindəm min dəfə yaxşı insan idi,onjn dövründə pula görə rabitəçiləri işdən haqsız çıxardıb yerinə kənardan qeyri rabtəçiləri işə götürmürdülər.

İlqar 2020-08-25 11:34:51

Gözəl məqalə

Eko 2020-08-25 11:11:29

Bes ambusman xanim , niye istefa vermir ??? Ôzûne hôrmet eden adam , coxdan istefa vermeliydi .

ABM 2020-08-25 10:35:52

cəlal müəllim gözəl şərhə görə çox sag olun.

Kəmfürsət 2020-08-25 10:29:37

"....şəxsən özü ayda 300 min paket aldığını...". Cəlal bəy, alan varsa, deməli, verən də var...Elşən Musayev demişkən, OYSA, kim verib ,əcəba, və niyə verib

Son yazılar