Menu

Rusiyanın müdafiə naziri Bakıda

25.08.2020, 13:57
Rusiyanın müdafiə naziri Bakıda

Rusiya müdafiə naziri Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, rusiyalı nazir Azərbaycanın müdafiə naziri Zakir Həsənov, habelə Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, sayca altıncı dəfədir keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan dördüncü dəfədir iştirak edir.

Şərhlər

Azəri 2020-08-25 17:54:38

Bu nəyə gəlibdir Bakıya?

Türk 2020-08-25 15:39:37

Şoyqu ruslaşmış Türkdür. Rus generallarının çoxu türklər olub. Suvorov da satılmış türk olub

t.ədalət 2020-08-25 15:04:54

Qonağımız əsirlərlə bizi qətllər və soyqırımlara məruz qoyan,bu gündə ermənistan tərəfdən ərazilərimizi işğal edən və sərhədlərimizin aramsız atəşə tutulmasına səbəb olan düşmən ölkənin müdafiə naziri Şoyqudur.Onun gəlişi xeyirliyə yox,şərə hesablanıb.Allah Rusiyanı tezliklə cəzalandırsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol