Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.
Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.


Şərhlər
Bəlkə, elə burada da məxaric-emissiya məsləhətləri verəcək?
Təbii ki, Yeni Holdinqin ilkin daxıli və xarici İnvestisiya ehtiyatları milyardlarla ölçülür?
Adı sadalanların bir neçəsini şəxsən tanıyıram. İnanın ki, nazirlikdə mütəxəssis işləyə biləcək səviyyədə deyillər...
Ruslan Əlixanov adlı birisi vardı "General Construction" şirkətində mühasib işləyəndə Beynəlxalq Bankın qayıtmayan kreditləri üçün verdiyi məsləhətlərə görə məhkəmədə iifadə vermişdi.