Menu

“Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov

25.08.2020, 16:53
“Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov

“Xüsusilə erməni təcavüzkarının Azərbaycanın dövlət sərhədinin Tovuz hissəsində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu”

“Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

“Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb. Ermənistan rəhbərliyinə təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin artması riskini yaradır və münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır”, - nazir vurğulayıb.

Şərhlər

Etibar 2020-08-25 18:02:04

İş təndən sonra "vay başım" deyilmir.Bəs bizim səfirlik,milli kəşfiyat idarələri nə işlə məşğuldurlar.Bunu araşdırmaq və ayıq olmaq gərəkdir.Yatıb sonra" vay dədə "deməklə iş olmur.tHər gün ayıq olmalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol