Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafını müəyyənləşdirir.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.
Səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən Rusiyanın müdafiə naziri Ermənistanla sərhəddə baş vermiş son döyüş toqquşmaları zamanı şəhid olmuş Azərbaycan hərbi qulluqçularının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Ordu generalı S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.
Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Şərhlər
Uşaq nağılı danışma... Zakir de yeqin bunun danışığına gülür.
MƏLUN ŞOYQU YALAN DANIŞIR GÖZÜNÜN İCİNƏ KİMİ.QARI DÜŞMƏNDƏN DOST OLMAZ DEMİŞ ATALAR.
Yəqin hərbi təyyarələrlə taxta-şalban , bir də mismar daşıyıblar... Özlərini qoyublar gicliyə.
YALAN DANIWANIN ATABATASINA LEHNET
Rusiya yenə növbəti yalan və fırıldaqla baş qatır.102-ci baza elə ermənistan ordusudur da.ermənistanın cəbbəxanası bu bazada yerləşmirmi?Təəssüflər olsun ki,Azərbaycan tərəfi hiyləgər düşmənin dediklərini səmimi hesdab edir və bunu xalqa da sırımaq istəyir.Şoyqunun çıxışı isə Füzuli rayonunun Dilağarda kənd sakinlərinin gündüzlər özlərini İran camaatına camışdan qorxan kimi göstərib gecələr isə Arazı adlayıb camışları sürü ilə oğurlamalarına bənzəyir.
Rehmetlik Tofiq Ismayilov 20 yanvar faciesinde Qarbacov basda olmaqla butun deputatlari mecbur etdi bir deqiqelik sukutla sehidlerimizi yad etsinler. Soyquda sehidlerimizin ailelerine bassagligi verir. Niye demirler oldurmusuk lap yaxsi elemisik belke canimiz bir az isine
Turk,yalan danismamalidir.Manqurd turk,oz anasina,atasina ox ata biler,ona gore ki,onu manqurdlasdiriblar!!!
Loxluyur. Öyrəniblər loxlamağa
Soyqu nağıl danışır ...Zatən Ruslara inanan yoxdu ...Erməniyə təmənnasız silah verirsiniz bu təkzibedilməz faktdır .sadəcə olaraq onlar heç vaxt güclü Azərbaycan və güclü Azərbaycan ordusu istəmirlər . söhbət dide eləyirlər .. .Onlar dedi biz də inanmadıq ay sən ölsən Soyqu . Artıq Azərbaycanda hər kəs bilir ki torpağımızı Azerbayacan Ordusu işğaldan azad edəcək uca Allahın köməkliyi ilə inşallah..Allah Azərbaycan Ordusunu qorusun .Amin
Şimal ayısı! get rusiyadakı mağarana gir. Bu ölkədə səni sevmirlər ay rus ayısı, rədd ol çıx get, zorla sevgi olmur, brıs otsyuda!
Belə dost ölkə olmayır ...
Bəs mətbuatda daşınan yüklərin elektronik silahlar olduğu qeyd olunmuşdu.Niyə Şoyquya bu çatdırılmadı?Əgər 102-ci baza üçün tikintit məlzəmələri idisə bunun həmin marşrutdan daşınmasına hansı ehriyac vardı? Şoyqunun izahatı səmimi olmadığı buradan bəllidir.deyil.