Menu

Avropa Liqasında I təsnifat mərhələsi başladı

25.08.2020, 23:21
Avropa Liqasında I təsnifat mərhələsi başladı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin matçlarına start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Latviya "Riteryay"ı evdə İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkib. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında daha 1 qol vuran meydan sahibləri II raunda yüksəliblər.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya) 3:2

Qollar: Gitis Paulauskas, 39, 49, Donatas Kazlauskas, 91 - Co Tomson, 18, Ouen Tol, 63

Qeyd edək ki, I təsnifat mərhələsinin digər görüşləri 26 - 27 avqustda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol