Menu

Antonio Banderas koronavirusdan sağaldı

26.08.2020, 00:35
Antonio Banderas koronavirusdan sağaldı

İspaniyalı məşhur aktyor Antonio Banderas COVID-19-dan sağalıb.

"Report" "TASS"a istinadla xəbər verir ki, bunu aktyorun özü sosial şəbəkələrin birində qeyd edib.

"21 günlük ciddi karantin rejimindən sonra deyə bilərəm ki bu xəstəliyə qalib gəldim. Mən sağaldım. Mən hər zaman bu xəstəlikdən əziyyət çəkənləri düşünmüşəm. Dözümlü olun və virusa qalib gəlin"- deyə Banderas öz Facebook səhifəsində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol