Menu

Canlı yayımda Ədliyyə Nazirliyi yanmağa başladı - FOTO

26.08.2020, 11:39
Canlı yayımda Ədliyyə Nazirliyi yanmağa başladı - FOTO

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

“Report”un xəbərinə görə, hazırda binanın 5-ci mətəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib, yanğın söndürülməyə başlanılıb.

Xatırladaq ki, hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın baş verən zaman canlı yayım dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol