Menu

Ermənilər Tərtərin Qapanlı kəndini atəşə tutublar

26.08.2020, 12:09
Ermənilər Tərtərin Qapanlı kəndini atəşə tutublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.

Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05.00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.

Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.

Şərhlər

Xalq 2020-08-26 16:15:18

heç olmasa indi atma ay karapet gəlib qardaşın şoyquya dəyər utanmırsan?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol