Menu

"Rusiya Azərbaycanın strateji tərəfdaşıdır" - Sergey Lavrov

26.08.2020, 15:18
"Rusiya Azərbaycanın strateji tərəfdaşıdır" - Sergey Lavrov

“Rusiya Azərbaycanın strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmaqda davam edir. Belə ki, 2020-ci ilin ilk aylarında pandemiyaya baxmayaraq, ticarət dövriyyəmiz azalmadı, əksinə, bir qədər artdı”.

“Report” xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskva görüşündən sonra deyib.

Rusiyalı nazir görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrini, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.

Şərhlər

Eko 2020-08-26 19:43:44

Yalansa ? Allah kôkûnûzû kessin !!! Ayibdiyeee bizede cix ayib ((( Qûlûrlereee bize !!!!

Xalq 2020-08-26 19:37:53

Azərbaycan nefti ilə 1941-1945-ci ildə Hitler Almaniyasına qalib gəlmisiniz. 360 min Azərbaycan Respublikasının vətəndaşı müharibədə sizə görə həlak olublar, burnunuzdan gəlsin. Bizim hesabımıza qələbə qazanmısınız indi bizə şıllaq atırsınız?

RT 2020-08-26 19:18:42

... Lavrov deyir bomba milletik

musa 2020-08-26 18:36:06

nə strateji partnyor ? düşmənin birincisi sizsiz .ermənini oynadan siz deyilsiz?

kalantaryana 2020-08-26 17:16:44

Biz səninlə "strateji tərəfdaşıq"?

TARIX 2020-08-26 15:46:30

AZƏRBAYCAN NECƏ SİZİNLƏ STRATEJİ TƏRƏFDARDIR Kİ DAİM ONA XƏYANƏT EDİRSİNİZ.

Vətəndaş 2020-08-26 15:37:09

Strateji tərəfdaş olan iküzlü mövqe tutmaz! Rusiya Azərbaycanın düşməni olan,torpaqlarını işğal edən tərəfin strateji tərəfdaşıdır ki, orada hərbi hissə saxlayır,Ermənistan tərəfdə çıxış edir.Bu necə strateji tərəfdaş olur?İkinci tərəfdən daha təhlükəli isə Azərbaycan Müdafiə Nazirliyində Rusiya generalı zərbaycaın müdafiə Nazirinin birinci müavini , Baş Qərargah rəisi vəzifələrində Nəcməddin Sadıqov saxlanılır.Bu tam anlaşılması mümkün olmayaan məsələdir.Belə tərəfdaşlıq olmur!

t.ədalət 2020-08-26 15:25:00

Əslində isə Rusiya Azərbaycanın ən təhlükəli düşmənidir.Elə bir düşmən ki yüz illərdir təcrübədə təısdiq olunub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol