Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev dünən yaydığı növbəti açıqlamada onu tənqid edən depuatlara, media nümayəndələrinə, keçmiş məmurlara sərt cavab verib.
"...Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram"-deyə Mehdiyev vurğulayıb.
AMEA sədri daha sonra konkret adlar çəkərək onları cəzlandıra biləcəyini bildirib: "Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".
R. Mehdiyevin adını çəkdiyi şəxslərin bəziləri akademikin hədə-qorxularına cavab verib.

Politoloq Eldar Namazov "AzPolitika.info"-ya açıqlamasında əvvəlcə Ramiz Mehdiyevin həmin yazıda onun haqqında işlətdiyi "siyasi politoloq" ifadəsinə münasibət bildirib: "Məlumdur ki, politologiya siyasət haqqında elmdir, siyasətşünaslıqdır. Elmdə "siyasi politoloq" anlayışı, ifadəsi mövcud deyil. Yəqin ki, bu Ramiz müəllimin yeni kəşfidir, dünya elminə verdiyi yeganə "töhfədir". AMEA-nın rəsmi saytında onun haqqındakı bölmədə kəşfləri və yetişdirdiyi kadrlar haqqında məlumat qrafası boşdur. Onun elmə heç bir aidiyyatı yoxdur, bu sahədə təsadüfi adamdır. Dediyi bu ifadə də onun savadının, səviyyəsinin göstəricisidir. Yəqin ki, Ramiz müəllim "siyasi politoloq" deyimi ilə tarixə düşdü".
E. Namazov AMEA prezidentinin onun məhkəmə ilə hədələməsinə münasibət bildirərkən deyib ki, əslində Azərbaycanda minlərlə vətəndaş R. Mehdiyevə qarşı iddialar qaldıra bilər: "Onun etdikləri haqsızlıqlar, ədalətsizliklər cəmiyyətə bəllidir. Əminəm ki, onun əməlindən zərərçəkənlər məhkəmədə onu asanlıqla uda bilərlər. Elə mən də Ramiz Mehdiyevi məhkəməyə verib, asanlıqla onun cəzalandırılmasına nail ola bilərəm. Xatırlayırsınızsa, Elşad Abdullayevin yaydığı videokasetlərdə rəhmətlik Sevinc xanımla Gülər Əhmədovanın dialoqların birində deyilir ki, "seçki qutularının hansını açırıqsa, Eldar Namaovun adı çıxır. Mən də Ramiz Mehdiyevə zəng edib vəziyyəti danışdım, az sonra polis gəldi, müşahidəçiləri, komissiya üzvlərini qovub seçki məntəqəsindən çıxardılar..." Təkcə bu faktı əsas götürüb, Ramiz Mehdiyevi məhkəməyə verib onu ən ağır formada cəzalandırılmasına nail ola bilərəm".
E. Namazov qeyd edib ki, bunu iki səbəbdən etmək istəmir: "Birincisi, Ramiz Mehdiyev yaşlı adamdır, bizim milli, mənəvi dəyərlərimizdən irəli gələn məsələlər var, onu nəzərə alıram. İkincisi, cəmiyyətdə Ramiz Mehdiyevin personasına olan kəskin nifərti hamı görür. Bu günlərdə bütün təbəqələrdən - mediadan, siyasi partiyalardan, ziyalılardan elə bir insan tapılmadı ki, onu müdafiə etsin. Əksinə, barəsində çox sərt ifadələr işlətdilər. Hesab edirəm ki, bu yaşda insana cəmiyyətin belə münasibəti Allah tərəfindən verilmiş ən böyük cəzadır".

Deputat Elman Nəsirov isə Ramiz Mehdiyevdən qorxmadığını deyib: “Akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Bu da karantin rejiminin pozulması deməkdir. Həmin hadisə ilə bağlı deputat kimi mövqeyimi ifadə etmişəm. Tənqidi fikirlər səsləndirmişəm. Belə olan halda mən məhkəmə ilə təhdid olunmalıyam?!”.
Elman Nəsirov Ramiz Mehdiyevin açıqlamasını anlaya bilmədiyini də vurğulayıb: “Sözün düzünü deyəndə məhkəməyəmi çağrılmalıyam?! Bu, anlaşılmaz məsələdir. Üstəlik, sözün düzünü dediyimə görə, dövlətçilik təcrübəsi olan, uzun müddət yüksək vəzifələrdə işləmiş bir şəxs məni məhkəmə ilə təhdid edirsə, bu ümumiyyətlə anlaşılmazdır”.

Keçmiş deputat, icra başçısı Maksim Musayev moderator.az-a açıqlamasında R.Mehdiyev haqqında bunları bildirib: “Ramiz, əzizim, səni debata çağırdım – gəlmədin. Bilirəm ki, qorxaq və cəsarətsizsən… İndi də yenə adımı hallandırırsan. Məni məhkəməyə vermək üçün sənə 3 gün vaxt verirəm. Əgər bu tələbimi yerinə yetirməsən, mənə səni məhkəməyə vermək üçün hüquqi əsas verirsən. Sənin qərarını gözləyirəm…”..

Akademikin hədələdiyi şəxslərdən biri olan politoloq Elçin Mirzəbəyli isə bildirib ki, 20 ildən çoxdur, Ramiz Mehdiyevin “qara siyahı”sındadır: "Məni boş verin, Azərbaycan xalqına məxsus nə varsa – dilimiz, milli mədəniyyətimiz, dünyagörüşümüz, dövlətçiliyimizin ideoloji əsaslarını təşkil edən və özünü üçrəngli müqəddəs bayrağımızda ifadə edən dəyərlərimiz də Mehdiyevin “qara siyahı”sındadır.
Azərbaycan xalqının mütərəqqi düşüncəli, dövlətə və xalqa bağlı olan, milli birliyin, həmrəyliyin keşiyində dayanan, fərqli siyasi baxışlar, dünyagörüşləri arasında körpü rolunu oynayan, cəmiyyəti qütblərə parçalanmaqdan qoruyan bütün işıqlı adamları uzun illərdir ki, Ramiz Mehdiyevin qara qəzəbinə tuş gəliblər. Və bu qara qəzəbə qara nöqtə qoymağın zamanı çoxdan çatıb!"
AzPolitika.info

Şərhlər
HA HA HA HAMINIZ ELE ONUN TAYISINIZ,VETEN ,QARABAQ,SIZLAR YALTAQLIQ,YALAN,TALAN...
sizlərdə mənlik ləyaqət, milli qeyrət onsuzda yoxdur, hansı birinizi işdən çıxarırlar dünənki haqqı salaml itirib başlayırsınız ağzınıza gələni deməyə. Bax elə Ramiz Mehdiyəvə qarşı olan münasibətləri. Dünən Ramiz mehdiyevin qarşısında iki qat əyilənlər bü gün pələngə dönüb yaşlı bir insana qarşı hücuma keçmisiniz. Ayıblar olsun.
Toyla və toyda iştirak edənlərlə bağlı yazmışdım, təkrar etməyəcəyəm. Sadəcə hamı haqq elədiyi cəzanı almalıdır. Amma mənə maraqlı ilan budur ki, ölkədəki bütün problemlərin səbəbkarı Ramiz Mehdiyevin?!! Yoxsa hələ vəzifədə olanlara heç kimin söz deməyə cəsarəti çatmır?! Deyəsən ikinci variantdır. Digər rüşvətxor, qanuntanımaz, özbaşına məmur və dövlət adamlarını niyə adını çəkmirsinizy əziz ey əziz Xalqımın nümayəndələri???!!!
Ramizin kürəkəni içəridədir yoxsa oteldə villada kefdədir? İnanmıram ki o türmədə ola?
27 ildirki ölkəmiz VİP məmurlar tərəfindən talan edilir, ölkənin var-dövləti xaricə daşınır. Bu gün isə millət 190 manata möhtac edilib. İndi büdcədə pul yoxdu oğurlasınlar deyə başlayıblar dövlətdən oğurladıqlarını birbirindən qoparmağa. Hamısına ar olsun!
65 yaşdan sonra idarəetmənin heç bir səviyyəsində heç kimə vəzifə verilə bilməz. Bunu kəsinlıklə tətbiq etmək vacibdir. Uzun müddət vəzifədə olmuş adamlar elə bilirlərki başqa həyat tərzi yoxdur.
bir yerdə, komanda şəklində ölkənmizi,xalqımızı talən-qarət ediblər, indi isə artistlik edib, dava-dava oyunu qurub millətin başını aldadırlar, iz azdırırlar. Bu günə kimi deyirdilər yaxşı eləmişik, indi nədəndsə mandrajdadırlar.
{Kim deyir qanun şahdır. Qanunu elə günə qoyublar ki hec nökər yerndə dəyil. Yaxşı ki pandemiya cixardlar. Nə qanundu ki hec bir təşkilata xüsusilə də hüquq mühafizə orqanlarına yaxın durub müraciəti verə bilmirsən versən belə baxan var ki
Tutulub 5 il iş verilsin - bu elə ömürlükdür... Amma səmimi olaraq ona Allahdan 20-25 il ac, üzü tüpürcəkli, əzablı ömür arzulayıram.
Eldar gulievi deputat eladi 2000000m
Bunların hamısı ölkənin üz qarasıdır.Başda Mehdiyev olmaqla onun adını sadaladıı insanlar arenadan getməlidirlər.Biabırçılıq!
Faiq aqayevi onun yerne qoyardim ((((( baxmada xalq artistidi . .... olsada
Adam ishde olanda , dux lazim idi nese desin . Indi nevarkk nese demeye! Efsysdar olsun ki, millet buna layiq deyil , yixilana balta vurmaqa bacaririq Bashqa hecne bacarmuruq , Ysltaqliq ve saire
ishigi,aydinligi,nuru,ilahi haqq olan azad dushunceye nifret eden adama ne lazim olsa Allah ozu eder
Qanun şahdır.Qocaya cavana baxmaz ki.çox şeyləri özümüzə yaraşdırmadığımıza görə çox şeyləri də uduzmuşuq.
məncə bu Mehdiyevçilərin hamısının dilindən kağız almaq lazımdır ki, FSB agentləri deyillər,kim yazmasa bilin ki, o rus agentidir.
Eldar Namazov heqiqeten edeletli seviyyeli esl dövlet adamıdır.Dedikleri de haqlı sözlerdir.
Mehdiyevin çəkdiyi ,çəkmədiyi adlar çəmiyyətdə ikrah hissi oydıb,yaltaqlıq ,iki üzlülük ,oğruluq ,bunların bəzilərinin alnına yazılıb.Maraqlı odur ki ,vəzifədə olanda ən sərt tənqid edənlər ,indi kişilik nümunəsi göstərdilər .Mehdiyevlə birlikdə yuxarıdakıların hamısı həbs olunmalıdır.Təmizlən gözəl ölkəm.