Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.
"AzPolitika" təxribatçı erməni komandirin video-açıqlamasını təqdim edir:

Şərhlər
Erməni köpəkoğlu profesonal kəşfiyyatçı olduğunu bir daha sübut etdi. Nümayişkəranə şəkildə hazır mətni necə oxuduğunu göstərdi. Ermənilər də bütün dünyaya car çəkəcəklər ki, Azərbaycan tərəfi zorla hazır yazdıqların oxutdurublar. Ondan müsahibə almaq olmazdımı? Yəni konkret sual verilməli, konkret cavab alınmalı idi. Sual verilməli idi ki, təmas xəttin nə məqsədlə keçmisən? Niyə gəlmisən? və s. Çox təəsüf