Menu

BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdı - FOTO

26.08.2020, 17:00
BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdı - FOTO

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

"Report" xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.

Fotoları təqdim edirik.

Şərhlər

t.ədalət 2020-08-26 20:50:04

DAM-a aid olan vəzifəni BNA-ya verəndə belə qullabılıq meydana gəlir.BNA texniki fəaliyyət göstərən bir idarədir.Tezliklə DAM-ın vəzifəsini özünə qaytarmaq lazımdır ki, qarma-qarışıqlıqlara son qoyulsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol