Menu

Nəsimi rayonunun icra başçısından şikayət - TİKİNTİ ŞİRKƏTİNİ HİMAYƏ EDİR

26.08.2020, 20:17
Nəsimi rayonunun icra başçısından şikayət - TİKİNTİ ŞİRKƏTİNİ HİMAYƏ EDİR

Nəsimi rayonunun sakinləri İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovdan şikayət edirlər.

Rayonun F.Qasımzadə küçəsi, ev 28 ünvanında yaşayan bir qrup sakin Unikal.org-a müraciətində qeyd edib ki, onların yüzə yaxın şikayəti ilə bağlı heç bir tədbir görülmür: “Artıq məcburuq ki, Prezident Administrasiyasının qarşısında kütləvi etiraz aksiyası keçirək.

Bu addımı atmağa bizi vadar edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovdur.

Belə ki, adlarını qeyd etdiyimiz məmurlar cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymadan onlara ünvanladığımız yüzə yaxın şikayətimizlə bağlı heç bir tədbir görmürlər.

Həmçinin pilot lahiyə üzrə icraçı “Avrasiya Constraction Ltd” MMC-nin rəhbəri Rəfaili müdafiə edirlər.

Şikayətçi olduğumuz tikinti şirkəti tərəfindən Nəsimi bazarının yanında inşa edilən 2-ci binanın memarlıq işçi lahiyəsini bir neçə gün öncə FHN-dən əldə etdik və müəyyən etdik ki, 2-ci binanın 13, 14 və 15-ci mərtəbələrində 5 mənzilin olması memarlıq işçi lahiyədə qeyd edilsə də, hazırda həmin mərtəbələrdə 6 ev yerləşir. Eləcə də xeyli tikinti normaları pozulub. Bu necə olur??

Sakinlərin çoxuna da həmin 2-ci binadan mənzil verilib.

Bildiririk ki, “Avrasiya Contraction Ltd” MMC tərəfindən yaşadığımız mənzillər pilot lahiyə ilə bağlı iki il əvvəl sökülmüşdür. Hər birimizlə ayrı-ayrılıqda müqavilə imzalanarq, hər sakinə 3 otaqlı təmirli mənzillərin verilməsi barədə razılıq əldə edilmişdir.

Həmin mənzillərin eskiz lahiyəsinin surəti iki il əvvəl bizə təqdim ediləndə lahiyədə göstərilmişdir ki, hər bir evin iki balkonu olacaq. Həmin eskiz lahiyənin surəti də şirkətin Orxan adlı işçisi tərəfindən müqavilə bağlananda bizə təqdim edilmişdir. Lakin indi isə eskiz lahiyə saxtalaşdırılmış və hər evdə balkonun biri ləğv edilərək, satışa çıxarılan və sahəsi böyük olan panaraması olan başqa mənzillərə birləşdirilmişdir. Bununla bağlı bizə isə heç bir məlumat verilməmişdir.

Həmçinin təmir edilən məznillərə alınan tikinti materialların heç birinin rəsmi haradan alınması barədə sənəd yoxdur. Çox ehtimalı ki, bu tikinti şirkəti qara bazardan material alır.

Beləliklə, tikinti şirkətinin məsul şəxsləri öz vəzifə səliyyətlərini aşmış, bizi aldatmış və sənədləri saxtalaşdırmışdır".

Şərhlər

RT 2020-08-27 08:19:32

Torpaq doydurar qôzlerini ((( qeci tezi var,,,, Inshallah Allahin qezebine qelerler !!!

.EJDER NAQILBAZ 2020-08-27 03:11:23

ONLAR MILYONLAR VERIF ,VEZIFEYE QELIFLER,HAMISIDA QOXUMDU.

Vətəndaş 2020-08-27 02:52:30

Nəsimi rayonunda Kaveroçkin, Soltan Hacıbəyov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Hamam həyəti adlı məhəlləni də özünü tam təqdim etməyən, şirkətinin adını gizlədən Səxavət adlı bir iş adamı sökməyə hazırlaşır. 1,5 hektar ərazidə yerləşən və 230 mənzili olan bu məhəllənin sakinlərinə "buranı mən sökəcəm, mən də tikəcəm. Mənizlinin üzərinə 20 faizdən artıq verməyəcm" deyib, özünü qoçu kimi aparır. Əhali çox narazıdır. Belə qoçuları himayə edənlər dövlətə meydan oxuyur, qanunları, vətəndaşların hüquqlarını istədikləri kimi tapdalayırlar. Əlaqədar hüquq-mühafizə və təhlükəsizlik orqanlarından kömək istəyirik. Əks halda 1000 nəfərə yaxın sakin Prezident aparatının və meriyanın qarşısında etiraz aksiyasına hazırlaşır.Kömək edin, sakinləri qurtarın.

Adam 2020-08-27 02:40:19

3-cü mikrorayonda düz uolunnortasını və məktəb binasının girişinin üabağında bu icra hakimi bina tikməyə razılıq verib. Düz yol ilə fetməyə daha yer qalmayıb. Bir yanginsöndpren mashina kecmeye bele yol qoymayiblar...

ELSAD 2020-08-27 00:46:20

Pilot layihe ile tikilen butun binalarda bu cur problemler movcuddur.Ustelik Nerimanov r-n M.Elizade k. insa olunan binanin sakin lerine mart ayindan indiye kimi menzillerin cixarislari verilmeyib.Icraci-PURL CONSTRACIN sirketi.

Fakt 2020-08-26 22:09:08

Şəkinin İcra Başçısı Elxan Usubovdan, Birinci müavini Həsən Həsənovdan çox yazırlar, nə faydası var ?

Mehdi 2020-08-26 21:43:17

Bu gədə hələdə isleyir?Bunu cixardib tutmamisdilar?Mən də elə bilirem bu artiq turmededi.Tutarlar insallah.

BAKILI 2020-08-26 20:42:40

Gelin yoxlayin mikrarayonlari bu bawci ne gune qoyub bawci yox germemiw

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol