Menu

Hakimiyyətlə QHT-lər arasında yeni dialoq başlayıb

26.08.2020, 21:36
Hakimiyyətlə QHT-lər arasında yeni dialoq başlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.

APA xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət Qocamanlı, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov, Multimediya Sistemləri İctimai Birliyinin sədri Osman Gündüz, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, 21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin sədri Şahin Rəcəbov, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli hökumətlə QHT sektoru arasında başlanan yeni dialoq təşəbbüsünü təqdir etdiklərini bildirdilər. QHT sədrləri ictimai sektorun gücləndirilməsi və QHT-lərin gündəliyində olan məsələlərin həlli ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

Görüşün sonunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lər tərəfindən səsləndirilən əsaslandırılmış fikir və təkliflərin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində müvafiq addımların atılacagını bildirib.

Məlumat üçün bildiririk ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

Şərhlər

Xankişi 2020-08-27 14:20:17

Hələ keçmiç Musavat və Böyük Qururluç Partiyasının da liderləri, keçmiş müxalifətçi icra başçısı, nazir müavinləri də var. Bunlar sabiq "lider"lərdirlər.

qht 2020-08-27 14:15:22

Bunlarla hakimiyyətin dialoquna nə ehtiyac var kiş Bunlar elə hakimiyyətin qht-ləridirlər də. Prezidentin keçmiş Əli Həsənovla işləyən qht- sədrləridirllər də. İctimai Liderlər Platforması"nı da Əli Həsənov yaradmışdı. İndi də Hikmət müəllinin çaldığını oynayacaqlar da. Bunların o qədər pulları, varidatları var ki... Bunlar sözə. ələ baxan QHT-lərdir.

milli 2020-08-27 10:04:51

Bu qht-lər layihələrini ancaq kağız üzərində həyata keçirənlərdirlər. Hamı onları yaxşı tanıyır. Yaxşı pulları, obyektləri, sexləri, bahalı maşınları, 2-3 evləri, daha nələri. nələri var. Həmin qht-lərdən 3-nün övladı da Prezident yanında QHT-lərə Dəstək Şurasında işləyir. İndi də bunları millətə sırıyırlar. Ay. yazıq millət.

cəmiyyət 2020-08-27 09:53:14

PA-da QHT-lərlə iş üzrə şöbə yaradılıb. Lakin bu günə kimi müdiri təyin edilməyib. Ancaq xanım müavin idarə edir. Nəyə görı bu sözün əsl mənasında millətin və dövlətin ağır yükünü şəkən, fəgakar qht-ləri həmin Səadət xanım deyil, Prezidentin beynəlxalq əlaqələr üzrə köməkçisi qəbul edir???

Xankişi 2020-08-27 09:48:38

Bu qht sədrlərinin 90 faizi 2 məşhur regiondandırlar. Azay müəllim hər zaman olduğu kimi yenə də yerlibazlıq edir. Həm də əqidəsi olmayan, AXCP hakimiyyəti dövründə yüksək vəzifədə olan , sonradan qht yaradıb müxalifət adı ilə beynəlxalq donorları soyanları həmişə irəli çəkir (?!) Onların çoxu Azay müəllimə yaxın olan yeliləri və onunla maddi marağı olanlardır. Xahiş edirəm yazımı verin.

QHT 2020-08-26 22:55:49

Ictimai lider qht-lerin sədrləri bir görūn kimlərdilər. Keçmiş AXCP, ADP, AMIP, Bozqurd Partiyasının ūzvləri. Lider QHT lərə bir baxın. Əqidə satanlar!!!

Bəhram Qoca 2020-08-26 22:37:10

QHT, Dövlət nə fərqi? QHT fondu niyə PAda oturur? QHT qanundan Qarabağacan hansı vacib ictitamai problemi qaldırıb və həll edilib?

t.ədalət 2020-08-26 21:59:49

"Beşinci kolonun" əksər üzvləri QHT-lərdə toplaşıblar.Onlar yalançı layihələr hesabına anti-Azərbaycan fəaliyyətləri üçün bu yolla özlərini maliyyələşdirirlər.Onlar sovet DTK-sı və QRU-nun kadrlarıdırlar.Rusiyaya sədaqətlərini bu gün də göstərirlər.İzlərinə düşənləri birləşib şərləyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol