MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDAN YENİ GÖRÜNTÜLƏR - Daha hansı deputatlar orda olub? (Siyahı+VİDEO)

Paytaxtda sərt karantin rejiminin davam etdiyi günlərdə Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Novxanıdakı villasında nəvəsinə təntənəli toy mərasimi keçirməsi bir neçə gündür ölkə gündəmini zəbt edib.

"AzPolitika" xəbər verir ki, qalmaqallı toyun yeni görüntüləri yayılıb.

Görüntüləri yayılan toy mərasimi sabiq deputat İlham Əliyevin qızı üçün qurulub. Toyda keçmiş və indiki millət vəkilləri, o cümlədən bəzi dövlət məmurları iştirak ediblər.

Yeni görüntülər əsasında toyda daha kimlərin iştirak etdiyi haqda yeni məlumatlar əldə edilib. Sosial şəbəkədə paylaşılan siyahı aşağıdakı kimidir:

Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı) 

Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri) 

Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı) 

Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni) 

Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü) 

Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki) 

Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı) 

Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri) 

Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyev qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi) 

Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat) 

Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru)

Həmin videonu təqdim edirik:

635x100

Şərhlər

Aləmşah Bəyim 2020-09-02 19:16:09

Bağ evinə bax. Saraydır ki... Konsert salonu ilə. Millətinsə sabahkı günə ümidi yox. Nə var yığıblar altlarına ölkə talanıb axıb bunların cibinə..

OQTAY 2020-08-31 20:26:59

Allah,sehidlermize rehmet elesin,mekanlari cennet olsun,qazilermize Allah sefa versin!!!Bunlara ar olsun,bunlarin hamsi isden azad olsun ve ondan sonra hind mahnisina oynasinlar!!!!

Gəncəli 2020-08-27 17:25:59

Azərbaycanı talan qarət edənlər də bunlardırlar. Orada bunlardan başqa bir yad adam yoxdur. İndi ...baxma yenə bir yerdə bu milləti istismar edirflər

Eko 2020-08-27 16:28:04

Yaddan cixartin , milletciliyi .......!!!!Esas Putin dalimizda dayanib

Rahib 2020-08-27 12:54:46

Bu ozbasinaligin bir qrup yaramazlara bagislandigini subut edir.

Roma 2020-08-27 12:21:07

Xanımlar çox gözəl rəqs edirlər, başda Ombudsman...

Leyla 2020-08-27 11:33:42

Как вам не стыдно ,буквально 3 месяца назад назначена омбудсмен,что вы хотите ...

Nazim 2020-08-27 11:17:32

rami mehdiyevin gucune bax ki, kadrlarinin arxasinda dayanir,...

Nazim 2020-08-27 11:10:59

Regionculugu teblig ve inkiwaf etdiren ramiz mehdiyev ve onun elaltilari oldu, teesuf ki, itiren cemiyyetimiz oldu, regionlar arasinda qeyri beraber inkiwaf daha iyrenc veziyyet yaratdi, Mehriban xanim cox sagolsun ki, mehv olmaqda olan azerbaycanciligi, beraber inkiwafi dirceltmeye caliwir.

Il 2020-08-27 11:09:57

Indi bu millet virusun olub-olmadığına nece inansın? Mence, toy sahibi millete göstermek istedi ki, virus söhbeti "yalandı". Bir növ çaşdırıcı ismarıc idi.

Iiillll 2020-08-27 11:06:57

Indi

oxucu 2020-08-27 11:00:51

Erməni mahnısına oynayan ombutsmanı dərhal geri çağırmaq lazımdır.bunun millətə heç vaxt yazığı gəlməz.baxdım ürəyim partladı az qala erməni mahnısına oynayır.bu adam kim nə çalsa oynayacaq

Nazim 2020-08-27 10:49:42

rektor Gulcohrenin, deputat aqiye naxcivanlinin, zakir ferecovun ve digerlerinin uzerine getmirsiniz? gedilmelidir uzerlerine elbette ki, ancaq hamisinin, secme usul duz deyil!

Nazim 2020-08-27 10:45:48

yuxarida duz yazirlar, niye zakir qaralovu, ramil usubovu ve digerlerini gostermirsiniz?

Azər 2020-08-27 10:37:54

Bu toy məsələsi göstərir ki, Azərbaycanda bir "cəmiyyət imuniteti " yoxdur, onun erməni mafiyası ilə birgə birləşib Azərbaycana vurduğu ölçüsü bilinməyən ziyanların araşdırılıb ortaya çıxarılması əvəzinə yapışıblar ondan ki, niyə karantin dövründə toy edib ? Axı onun Azərbaycan xalqına, dövlətçiliyinə vurduğu ziyanla müqayisədə bu heç nədir axı ?...görün biz nə gündəyik də....ocağı söndürüb, küli ilə oynayırıq...

Rəvan 2020-08-27 10:08:37

Niyə zakir qaralov, ramil usubov, vaqif axundov, zakir fərəcovu göstərmirsiz? Düşmüsüz ambudsmanın üstünə? Ailəli xanımdı, əriylə gedib və cəzalandırıldı həyat yoldaşı..

zavallı millət 2020-08-27 09:57:13

Sizə 190 manatı bu məclisdəkilər deyilŞ Milli Məclisdəkilər və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edir. Elə hüququnuzu bilmədikdən bu gündəsiniz.

Mürsəl 2020-08-27 09:09:12

Bu Ramizin evidir. Kral sarayıdır. Bu quldurlar bizim kimi maymaq millətə nə edirblər düz edirlər. Biz yatmışıq,hələ yuxudayıq.

Kamil 2020-08-27 09:08:22

Biabırçılıqdı. Ölkənin ombutsmanı ermənilərlə qol qaldırıb oynayır. Buyurun feyziyaab olun.

Kamil 2020-08-27 09:05:58

Utanmasan oynamağa nə var ki.....

kasıb 2020-08-27 08:45:42

Talançılar öz keflərində kayfdadırlar. Oxuyur oynuyur,şənlənirlər. Axxxxx bizim milyardlarımız. Bizə 190 manatı verməyənlər uyublar burada.

toy 2020-08-27 00:49:27

Toydakı müğənninin səsi isə Eyyub Yaqubovun səsinə oxşayırdı..

Kamil 2020-08-27 00:19:27

Oradakı mahnının 1-i erməni mahnısıdır deyəsən. Baş açmaq olmur. Azəri deyil dəqiq

Son yazılar