Menu

Daşkəsənin qaz təchizatında fasilə olacaq

27.08.2020, 10:10
Daşkəsənin qaz təchizatında fasilə olacaq

Bu gün və sabah Daşkəsən rayonunun qaz təchizatında fasilə olması gözlənilir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, SOCAR-ın "Qaz İxrac" İdarəsi “Daşkəsən” Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək.

Təmir işlərinin gedişatından asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı bu gün bərpa edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol