Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişiklik sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Amma bir sıra ekspertlər bildirir ki, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib.
Məsələ ilə bağlı “Report”a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, verilən hər bir qərar vətəndaşlarımızın həyat şəraitinin yüksəldilməsi üçün nəzərdə tutulur:
“Bu qərar da daxili istehsalın stimullaşdırılmasına, hər şeyin kənardan gətirilməsinin qarşının alınmasına xidmət edir. Yerli istehsal da o qədər keyfiyyətə uğun olmalıdır ki, rəqabət apara bilsin. İnsanlar bir şey alanda daha çox keyfiyyətə üstünlük verir. Biz adi tikinti materialı alanda Türkiyədən və ya Avropadan gətirilən mallara üstünlük veririk. Əlbəttə, bu, həmin malın keyfiyyətinə görədir. İnsanların keyfiyyətli xidmət almaq hüququ var”.
Deputat qeyd edib ki, qərarın bu qədər müzakirə olunmasına səbəb bir qisim vətəndaşımız üçün məhdudlaşdırıcı təsirinin olmasıdır: “Alıcıların bu mənada haqqı var. Lakin dövlətimiz də daxili istehsalı qorumaq üçün belə bir addım atmalıdır. Bir daha qeyd edim ki, burada standartlar qaldırılmalıdır. Daxili istehsalda keyfiyyət o qədər yüksəlməlidir ki, alıcı başqa ölkədən olan mallara üstünlük verməsin. Bu qərar daxili istehsalçını qoruyan bir qərardır, lakin qərarda bir yumşaldıcı variant da tapıla bilər. Zəruri elə mallar var ki, onların istehsal keyfiyyəti bizdə çox da yüksək səviyyədə deyil, amma onun xaricdən alınmasına imkan yaradıla bilər. İstehsal keyfiyyəti yüksək olan sahələrdə sözügedən qərarı tətbiq etmək doğrudur, həm də daxili istehsalın qorumuş olarıq. Birinci növbədə isə yerli məhsulların keyfiyyətini qaldırmalıyıq”.
F.Mustafa həmçinin əlavə edib ki, balansı qorumaq üçün Milli Məclisdə təklif də irəli sürmək olar, bunu xüsusi çeşidləmək lazımdır ki, hansı sahələrdə qərarın tətbiqi daha yüksək nəticə verər.


Şərhlər
Əəə, sən istehsalçıların vəkilisən , ya millətin ( yalandan da olsa) ?
Daxildə mobil telefon istehsal olunur? Ümumiyyətlə əhalinin gətirdiyinə istehsal ounur?..,...
İqbal ağazade ve vahid əhmədov. bu adamlardan qeyrisin millet vekili kimi görmədik. cəmiyyətin tör-töküntüsü, xalqa düşmən kesilenleri gördük parlamentdə və nazir kürsüsündə. heç olmasa Allahdan qorxun.!!!
fazil müellim bir defe senin yazdıgın kitablar ne bilim tehsilin, bu texminen 10-15 il əvvəl idi. o vaxtdan bu vaxta 1 dənə xalq üçün kişi kimi dediyin sözü eşitmədim, indi teecüblenmirem atalar alim olmaq asandı meselini məhz sənin kimiler üçün deyib.!
Fazil müəllim,əvvəlki mövqeyinizə qayıdın.Yalan insanı hörmətdən salır.Ölkəmizdə istehsalçı var ki,onun hüququ qorunsun?"Azərsun" deyilən istehsalçı da İOmam Hüseynin başını kəsən millətin nümayəndəsidir.Onun istehsal etdiyi məhsullardan istifadə tərkibinə qatılmış kimyəvi maddələrə görə adamları ağır xəstəliklərə və ölümə aparır.
Fazil boş danışmağa adət edənlərdəndir.Daxili istehsal varnı ki,hələ bu qərar onlara yardım edə?Bir tekstil,tikiş ,ayaqqabı.toxucu fabriki göstər ki,onlar işləsin.Xırda sahibkarlar bu işin öhdəsindən gələ bilməzlər. Ona görə Sizn fikriniz aburddur.Hələ başqa sahələr də var Azərbaycanda hətta corab,alt paltarı belə istehsalı yoxdur..Pambığı isə xammal kimi satıb pulunu xaricdə saxlayırlar.
Besdi ayibdi vAllah bu geder yalan olmaz axi ! ....
Ay Fazil müəllim!!. Azərbaycanda hansı istehsaldan danışırsınız ?? Yerli istehsal olanlarında qiyməti xaricdən gələnlərdən bahadı. Bunların niyə belə olduğuna bir deputat kimi münasibət bildirin. Nağıl danışmayın. Bu millətin nağıllara inanan vaxtı çoxdan keçib
Fazil bəy siz öz düşündüklərinizi danışırsız .AXCP-ni də o vaxt rayon-rayon gəzib parçalayarkən göstərişi kimdən aldığın bəlli idi...
Bu Fazil, ya daHafiz Haciyev,Fəzail aqamaliqulu eyni adamlardi.Birini gördunsə elə fərz eləki hamisini gördun.n
Ağzına sağlıq, İsi qardaş!!! Nə qədər düzgün yazmısan!!! Nə daxili istehsalı Fazil müəllim?! Bəlkə bir az açıqlama verəsən hansı istehsal sahələrini qorumaq üçündür bu qərar? Türklər demişkən " Ağzı olan konuşuyor!".
Ne boş boş danışırsan. Hansı daxili istehsal?. Ölkəyə gələn özü ilə daş -sement getirmir. Telefon, notebook getirir.
F.Mustafa , Azerbaycanda kasib ailelerde chox sayli ovladlar - ushaqlar ve qoca baba, neneler vardir, amma , kasib ailelerin maddi imkani ASHAQI SEVIYYEDE olduqu uchun, Azerbaycandaki maqazalardan BAHA QIYMETLERE gore, ayaqqabi, pal - paltar ala bilmirler ve Chin olkesinin maqazalarindan UCUZ QIYMETLI ayaqqabilar, pal - paltarlar sifarish edirler ki, aile uzvleri , YAMAQLI, LAP KOHNE PALTARLARI ISTIFADE ETMESINLER. F.Mustafa , sen , niye, kasib ailelere qarshi, ZERBE VURMAQ taktikasini TEBLIQ EDIRSEN ...., ???
Bu qədər ağ yalan basıb bağlamaqla kimi aldatmaq istəyirsən? Ya özünün düşüncən bu qədərdir? Həmişə yalnız o istehsalçını qoruyursunuz ki, orada şəxsi marağınız var. İstehlakçını isə heç vaxt fikirləşməmisiniz. Gözə kül üfürməyin.
ağzını açma da!