Menu

ALİ MƏKTƏBLƏRDƏ DƏRSLƏR NECƏ KEÇİRİLƏCƏK? - Nazir açıqladı

27.08.2020, 17:36
ALİ MƏKTƏBLƏRDƏ DƏRSLƏR NECƏ KEÇİRİLƏCƏK? - Nazir açıqladı

“Sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətini bərpa etməyi planlaşıdırılır”.

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

E.Əmrullayev qeyd edib ki, I kursa qəbul olan tələbələrin oktyabrın 1-də tanışlıq məqsədi universitetə gəlməsi planlaşdırılır: "Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər".

Nazir təhsil haqqı üçün güzəşt edilməsinin mümkün olmasığını deyib: "Hazırda ölkədə 176 min tələbədən 113 mini ödənişli təhsil alır.15 209 tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir.Güzəştlərin olması ehtiyac meyarı üzərindən olmalıdır. Hamıya güzəştin edilməsi mümkün deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol