Menu

Türkiyədə bir gündə 1 491 nəfər COVID-19-a yoluxdu

27.08.2020, 21:50
Türkiyədə bir gündə 1 491 nəfər COVID-19-a yoluxdu

Son gün ərzində Türkiyədə koronavirusdan daha 26 nəfər ölüb.

“Report” "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 209 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 491 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 263 998-ə yüksəlib, 240 792 nəfər isə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol