Menu

“Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur” - Putin

27.08.2020, 22:01
“Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur” - Putin

“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o vurğulayıb.

Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.

V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.

O, həmçinin Belarusdakı güc strukturlarının fəaliyyətini qiymətləndirib: “Belarusun hüquq-mühafizə orqanları özlərini yetərincə təmkinli aparırlar”.

Şərhlər

İxtiyar Bilməzov 2020-08-27 22:41:55

Keçmiş SSRİ respublikalarının hamısında Russevər çaşbaşlar var. Onlar artıq Rusiyada da sosializm deyil total kapitalizmlizm hökm sürdüyünü unudurlar.ü

Aqil 2020-08-27 22:06:04

Bu şeytan şapalağına oxşar 1 metr boylu ifritə düz söz danışan deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol