"Həsən məni ona sanballı bir yoldaş kimitəqdim edərək məni özünə birinci müavin götürməyi xahiş etdi"
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqallı cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Daha dəqiqi Həsən Əliyevə vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini bildirən iş adamı Ramazan Səlimovun istintaqa ifadəsi yayılıb.
Xatırladaq ki, hazırda Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarına görə Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub. Ondan əlavə Həsən Əliyevlə əlaqdə olan daha bir nəfər – Taleh Süleymanov barəsində isə həbs-qətimkan tədbiri seçilib
Bu işlə bağlı həmçinin Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric olunub. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında prokurorluq işcilərinin də cinayət məsuliyyətinə cəlb olunacağını istisna etməyib.
Ramazan Səlimov ilk dəfə hansı məmurla görüşüb?

Ramazan Səlimovun sözlərinə görə, təxminən 10 gün sonra Elman Məmmədov zəng vuraraq onu Dövlət Sərhəd Xidmətinin inzibati binasının arxasında yerləşən kafeyə dəvət edib. Ramazan Səlimov Elman Məmmədovun dəvətini qəbul edərək kafeyə gedib. Söhbət zamanı bəlli olub ki, kafe Qəzənfər Novruzovun qardaşına məxsusdur. Az sonra Qəzənfər Novruzov da ora gəlib: “Elman məni Qəzənfər Novruzovun qardaşı ilə də tanış etdi. Elmanla söhbətimiz zamanı mən ona özümə iş axtardığımı dedim. Elman harada işləmək istədiyimi soruşanda, mən Rabitə Nazirliyinə qayıtmaq istədiyimi dedim, əgər alınmasa ”Azərenerji" şirkətinin tabeliyindəki istənilən idarə, təşkilatın müdiri işləmək istədiyimi bildirdim. Elman yemək yeyib qurtardıqdan sonra, kafe-çayxanaya Qəzənfər Novruzovun özü də kostyumda, əlində qovluq gəldi və dedi ki, ərazini gəzirmiş. Üçlükdə oturub bir az söhbət etdik, Elman Məmmədov məni Qəzənfər Novruzova bir daha təqdim etdi, dedi ki, mənim dostumdur, sanballı adamdır və sair. Qəzənfər Novruzov məndən harada işlədiyimi soruşdu, mən heç yerdə işləmədiyimi dedim, o əvvəllər harada işlədiyimi soruşdu, mən iş yerlərimi ona dedim. Həmin vaxt Qəzənfər Novruzova zəng gəldi, o, Elmana dedi ki, dur gedək. Mən sağollaşmaq istəsəm də, Elman mənə dedi ki, gedib evdə neynəyəcəksən gedək bizimlə. Mən razılaşdım, Qəzənfər Novruzov özünün xidməti ağ rəngli markasını və nömrəsini xatırlamadığım maşınına minib getdi.
Biz də 4-cü mikrorayonda “Qızıl Tac” şadlıq sarayının yaxınlığına getdik. Maşında yolda Elmana dedim ki, söhbətimiz yarımçıq qaldı, mənə Bakı şəhərində və ya rayonların birində iş tapa bilərsənmi, təbii ki, mən Elmana onu da dedim ki, əgər işimi düzəltsə hamını razı sala bilərəm, buna imkanım vardır.
Elman maşında mənə danışdı ki, Qəzənfər Novruzovun qardaşı Vaqif Novruzov Bakı şəhərinin yaşıllaşdırma idarəsinin müdiridir, qudası isə MTN-də işləyən general rütbəli Qədir adlı şəxsdir. Elman mənə Qəzənfərin geniş əlaqələrinin olduğunu, mənim işə düzəlmək məsələmi həll edə biləcəyini dedi. “Qızıl Tac” şadlıq evinin yaxınlığında biz Elmanla piyada binaların arası ilə gəzişib bu mövzuda söhbət edirdik, Qəzənfər isə özünə məxsus hansısa obyektdə aparılan təmir işlərinə baxırdı. Bir müddət sonra Qəzənfər də bizim yanımıza gəldi və üçlükdə yaxınlıqdakı çayxanada oturduq. Elman Qəzənfər Novruzova müraciət edib dedi ki, Ramazan çox münasib adamdır, sanballı yoldaşdır, hər cür imkana malikdir, onu yaxın vaxtlarda Bakı şəhərində rabitə, işıq, qaz və ya su idarələrinin birinə müdir qoymaq lazımdır. Qəzənfər mənə mobil nömrəsini verdi, CV-mi hazırlamağı və hazır olan kimi gətirib xidməti otağında ona verməyimi tapşırdı".
İcra başçısının müavini Ramazan Səlimovdan 100 min manat istəyib

Lakin Ramazan Səlimov Qəzənfər Novruzova 100 min manatı vermir. Elman Məmmədov da ona bildirir ki, iş düzəlməyənə qədər icra başçısının müavininə pul verməsin: “Dedi ki, Qəzənfərə heç nə vermə, əvvəlcə əmr verilsin, sonra pul ver, mənə dedi ki, bir daha Qəzənfərə zəng etmə, onun telefonunu da götürmə. Elmana dedim ki, o məni səhv tanıyıb, mən maşın alverçisi deyiləm ki, ”Rang Rover"in gömrük pulunu ödəyim. Elman mənə narahat olmamağı tapşırdı. Doğrudan da həmin gündən sonra Qəzənfər mənə zəng vurmadı, mən də ona zəng etmədim. Sonradan Elmanla söhbətimiz zamanı o mənə görə Qəzənfərlə dalaşdığını, ona narazılığını bildirdiyini dedi. Təxminən 1 həftə sonra, 2010-cu ilin oktyabr ayında Elmanla Dənizkənarı parkda görüşüb söhbət edə-edə piyada Bakı Ağır Cinayətlər Məhkəməsinə tərəf gəldik. Elman mənə dedi ki, məhkəmədə kiminləsə işi var. Məhkəmənin qarşısında o bir nəfərlə görüşdü və birlikdə içəri keçdilər. Mən bayırda qaldım. Elman məhkəmədən çıxandan sonra görüşdüyü şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən Həsən Əliyev olduğunu və onunla yaxın dost olduqlarını, Binəqədidə bir yerdə işlədiklərini dedi. Mən Həsən Əliyevi ilk dəfə sifətdən həmin vaxt görmüşəm, ona qədər belə bir adam tanımamışam. Bildirirəm ki, Qəzənfər Novruzovla bir də, 2012-ci ilin yayında o Binəqədi rayon icra hakimiyyətinin müavini işləyəndə Binəqədi yolundakı parkda təsadüfən görüşmüşəm, yeni vəzifəsini təbrik etmişəm. Bu görüşlərdən başqa Qəzənfər Novruzovla əlavə görüşlərimiz olmayıb, ona hər hansı məbləğdə pul və ya hədiyyə verməmişəm".
Qəzənfər Novruzov kimdir?
[caption id="attachment_60248" align="alignleft" width="100"]

Qeyd edək ki, Ramazan Səlimoun adını çəkdiyi Qəzənfər Novruzov hələ bir il əvvəl medianın “ulduzuna” çevrilmişdi. Həmin vaxt Qəzənfər Novruzov Binəqədi rayon Icra Hakimiyyətində birinci müavin vəzifəsində çalışırdı. Görünür, Ramazan Səlimov Qəzənfər Novruzovun “yeni vəzifəsi” deyəndə bunu nəzərdə tutub.
Qəzənfər Novruzov Naxçıvan MR daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Qəzənfər Novruzovun YAP-çı deputat Siyavuş Novruzovla da qohumluq əlaqələrinin olduğu bildirilir. Onun digər qardaşları - Məhərrəm Novruzov və Vaqif Novruzov da məmurdur. Məhərrəm Novruzov Abşeronunun sosial müdafiə fondunun rəhbəri, Vaqif Novruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Onların işdən çıxarılmaları barədə bir məlumat yoxdur.
Qəzənfər Novruzova gəlincə, bir il əvvəl mediada belə məlumat yayıldı ki, o, ölkədən qaçıb. Məlumatlarda iddia olunurdu ki, o, hakimiyyətə külli miqdarda pul “atıb”. Daha sonra isə məlumat yayıldı ki, Qəzənfər Novruzov tutduğu vəzifədən azad edilib. Məlumatda bildirilirdi ki, Binəqədinin icra başçısı Xaləddin Isgəndərov sakinlərlə görüşündə birinci müavininin işdən çıxarılmasından danışarkən deyib ki, o, işində ciddi nöqsanlara yol verib.
Dövrəyə Misir Mərdanovun qardaşı girir

Elmana dedim ki, Bakı şəhərində yaxşı telefon qovşaqlarından birinə müdir qoysa 100.000 manat pul verə bilərəm, ancaq rayonlara təyin etsə az pul verəcəm. Elmanın iştahasından çox keçirdi, ancaq mən onu başa saldım ki, əvvəllər Rabitə Nazirliyində işləmişəm, bu sahəni bilirəm və dediyim pulu verə bilərəm. Bir ay keçsədə bu işdən bir xəbər çıxmadı. Mərdanovla mən bir daha görüşməmişəm, o məndən üzbəüz pul istəməyib, almayıbdır. Köhnə iş yoldaşlarımdan maraqlandıqda onun ümumiyyətlə nazirlikdə nüfuz sahibi olmadığını öyrəndim”.
--------
"Sənədlərlə birlikdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisinin yanına getsin"
[caption id="attachment_60507" align="alignleft" width="300"]

Ramazan Səlimov ifadəsində yazır ki, 2011-ci ilin sentyabr ayına qədər Elman Məmmədovla əlaqə saxlamayıb. Sentyabrın əvvəllərində isə Elman Məmmədov Ramazan Səlimova zəng vuraraq onu mühüm bir adamla görüşdərəcəyini bildirib. Görüş“Koala” parkında “Muğan” kafesində planlaşdırılıb. Orada bəlli olub ki, Elman Məmmədovun dediyi mühüm adam Həsən Əliyevdir: “Elman onu mənə təqdim etdi, 3-5 dəqiqə onun haqqında danışdı, dedi ki, bu adam Həsən müəllimdir, əslən naxçıvanlıdır, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyir, əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin sədri vəzifəsində işləyibdir. Elman Məmmədov Həsən Əliyevin özü eşidə-eşidə mənə dedi ki, Həsən müəllimin yüksək vəzifəli şəxslərlə çox geniş əlaqələri var, bu əlaqələrdən istifadə etməklə mənim işə düzəlmə məsələmi müsbət həll etməyə qadir bir şəxsdir.
Həsən Əliyev mənimlə tanış olandan sonra Elmana dedi ki, Sarıyevə deyərsən ki, oğlu sabah saat 10-da notarial qaydada təsdiq olunmuş sənədlərlə birlikdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisinin yanına getsin. Elmanla Həsən Əliyevin danışığından başa düşdüm ki, söhbət Ağdam rayonunun sabiq icra başçısı Həsən Sarıyevdən gedir, onun oğlunun Fövqəladə Hallar Nazirliyində işə düzəlmə məsələsini Elman Məmmədov Həsən Əliyev vasitəsilə həll edir. Qeyd edim ki, Həsən Əliyev həmin FHN-nin idarə rəisinin adını da Elmana dedi, ancaq mən hazırda o adı xatırlaya bilmirəm. Həmin kafedə Həsən Əliyevlə təxminən 2 saata yaxın söhbət etdik.
Həsən Əliyev məndən ilk olaraq onu soruşdu ki, sən hansı sahədə və hansı vəzifədə işləmək istəyirsən? Mən də öz növbəmdə ondan soruşdum ki, siz hansı sahəyə məni işə düzəldə bilərsiniz? Həsən mənə cavab verdi ki, o baxır sənin yorğanının ağırlığına, yəni puluna. O əlavə etdi ki, səhiyyə və güc nazirliklərindən başqa istənilən sahəyə məni istənilən vəzifəyə təyin etdirmək imkanına malikdir, hətta rayonların birinə icra hakimiyyətinin başçısı vəzifəsinə də təyin etdirə bilər, belə bir imkanı, əlaqələri vardır. Mən ona cavab verərək məsul bir vəzifədə işləmək istədiyimi, əgər işim düzələrsə heç kimi narazı salmayacağımı dedim".
"Rayonun böyük-kiçikliyindən asılı olaraq icra başçısı vəzifəsinə 1-5 milyon dollar tələb olunur"

Bir icra başçısına 600 manatlıq spirtli içki, digərinə isə 900 manatlıq saat
Bu görüşdən az sonra Həsən Əliyev növbəti dəfə Ramazan Səlimova zəng vurub. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığındakı kafedə nahar ediblər. Həsən Əliyev Ramazan Səlimova əmin edib ki, işinin 50 faizi artıq həll olunub.
[caption id="attachment_60511" align="alignleft" width="282"]

2011-ci ilin noyabr ayının əvvəllərində isə Ramazan Səlimovla Həsən Əliyev ikinciyə məxsus “Range Rover” markalı avtomobillə Siyəzən rayonuna gediblər: “Rayonun icra başçısı, soyadını bilmədiyim Arif (Soyadı Qasımov - müəl.) adlı şəxslə görüşdük. Həsənin tapşırığı ilə Mərkəzi Bankın yanındakı supermarketdən 600 manat dəyərində spirtli içki dəstini hədiyyə kimi aldım. Arif müəllimlə onun ikinci mərtəbədəki kabinetində görüşdük, hədiyyəmi ona təqdim etdim. Həsən məni ona sanballı bir yoldaş kimi, dost kimi təqdim edərək məni özünə birinci müavin götürməyi xahiş etdi. Pul söhbəti açılmaq istəyəndə Həsən dedi ki, o məsələlərin hamısını o özü həll edəcəkdir, Arif etirazının olmadığını dedi, Həsən ona dedi ki, sən təqdimatı yaz, ağ evdə özümüz həll edəcəyik. Arif yuxarı ilə məsləhətləşib cavab verəcəyini dedi. Beləliklə söhbətimiz çox yaxşı alındı və biz Siyəzəndən Bakıya qayıtdıq. İki-üç gündən sonra Həsənlə onun iş yerinin yaxınlığında iş vaxtından sonra görüşdük, Həsən Arifə zəng vuranda sonuncu dedi ki, yuxarı ilə danışıb və ona deyiblər ki, birinci müavin yalnız yerli sakin olmalıdır və məni rayonda peşə məktəbinə direktor təyin etməyi təklif etdi. Həsən mənim fikrimi soruşanda mən etiraz etdim. Həsən darıxmamağı məsləhət görüb məni başqa rayona yerləşdirəcəyini dedi.
[caption id="attachment_60513" align="alignleft" width="283"]

2011-ci ilin noyabr ayında, dəqiq tarixini xatırlamadığım gündə Həsən Əliyev mənə zəng vurub dedi ki, icra başçısının birinci müavini təyin olunmaq məsələmin həlli üçün Qobustan rayon icra hakimiyyəti başçsısı Adil Məmmədovla görüşmək lazımdır və onda xoş təəssürat yaratmaq lazım olduğunu deyib ona qiymətli qol saatı hədiyyə etməyimi tapşırdı. Mərkəzi Univermaqdan 900 manata markasını xatırlamadığım qol saatını hədiyyə kimi alıb qablaşdırdım və Qobustan rayonuna yola düşdüm. Rayon icra hakimiyyətində başçının köməkçisi Adil müəllimin Bakı şəhərində olduğunu dedi, Həsənə zəng vurub məlumat verdim və geri qayıtdım. “20 yanvar” metrostansiyasının yanına çatanda Həsən mənə zəng vuraraq Qobustana qayıtmağımı tapşırıb, Adilin məni gözlədiyini dedi.
Mən yenidən Qobustan rayonuna qayıtdım və Adil müəllimlə sonuncunun otağında görüşdüm, hədiyyəsini ona təqdim etdim. Adil dedi ki, elə mənə sənin kimi adam lazımdır, özüm dörd rayonda başçı işləmişəm, Bakı şəhərinə getmək istəyirəm və gedəndə səni öz yerimə qoyaram. Ümumi şöbənin müdirini yanına çağırıb mənim sənədlərimi hazırlamağı tapşırdı və sənədlərin Prezident Aparatına göndəriləcəyini dedi. Ümumi şöbənin Qənimət və ya Mərifət adlı müdiri olan cavan oğlan mənə xüsusi blanklar verdi, onları doldurdum, çıxanda icra başçısının çıxıb getdiyini gördüm.Ancaq bu görüşdən də bir nəticə hasil olmadı.
[caption id="attachment_60515" align="alignleft" width="260"]

Bundan sonra Həsən yenə zəng vuraraq məni “Kişmiş” restoranına dəvət etdi. Öz yanında olan şəxsi mənə Tərtər rayonunun icra başçısı Ceyhun (Soyadı Cəfərov - müəl.) adlı şəxs kimi təqdim etdi (qeyd edək ki, Ceyhun Cəfərov haazırda Kürdəmir rayonunu icra başçısıdır- AzPolitika.info). Sonralar televizorda mən həmin şəxsi Tərtərin icra başçısı kimi çıxış edəndə gördüm.
Həsən ona dedi ki, bayaq haqqında danışdığım adam budur, onun bütün dəftər-kitabı məndədir. Ceyhun mənə dedi ki, bizim rayon cəbhə bölgəsidir, işləmək bir az ağırdır. Mən etirazımın olmadığını dedim, Ceyhun bu işlə məşğul olacağını dedi. Ancaq ondan bir xəbər çıxmadı".
Fikrət Məmmədov, Aydın Əliyev və Fazil Məmmədovla dost olan şəkili “deputat”
Həsən Əliyev daha sonra Ramazan Səlimovu bir deputatla görüşdürüb. Daha doğrusu Ramazan Səlimovla “Kişmiş” restoranında görüşən şəxs özünü deputat kimi təqdim edib. Ramazan Səlimovun sözlərinə görə, həmin şəxs adını deməyib. Ramazan Səlimovun yadında qalan yalnız bu olub ki, özünü deputat kimi təqdim edən 55-60 yaşlı şəxs Şəki ləhcəsində danışıb. O, bildirib ki, vergilər naziri Fazil Məmmədovla, ədliyyə naziri Fikrət Məmmədovla və dövlət gömrük komitəsinin sədri Aydın Əliyevlə yaxın münasibətləri var. Ramazan Səlimova həmin qurumlarda vəzifə təklif edib.
Görüşdə başqa bir şəxs də olub. Ramazan Səlimovun sözlərinə görə, Rəhim, yaxud da Rəşid adlı (ifadəsində adını dəqiq xatırlamadığını qeyd edib) həmin şəxs ona deyib ki, tikinti biznesilə məşğuldur. Bu şəxs də Şəki ləhcəsi ilə danışırmış.
Ramazan Səlimov qeyd edir ki, o, bu görüşdən uğurlu nəticə gözləməyib və bunu Həsən Əliyevə də deyib. Ramazan Səlimovun düşündüyü kimi də olub. Yəni, həmin şəxslərdən də xəbər çıxmayıb.
"İcra hakimiyyətinin 3-cü mərtəbəsində anket doldurdum"
[caption id="attachment_60516" align="alignleft" width="300"]

Həsən Əliyev bundan sonra Ramazan Səlimovu Mingəçevirin icra başçısı ilə görüşdürüb. Ramazan Səlimov onun adını xatırlamadığını yazıb.
Bu görüş də 2011-ci ilin noyabr ayının ortalarında “Kişmiş” restoranında baş tutub. Həmin vaxt isə Mingəçevirin icra başçısı nəqliyyat naziri Ziya Məmmədovu yaxınlığı ilə tanınan, hazırda Qubanın icra başçısı vəzifəsində çalışan Mübariz Ağayev olub: “Həsən ona da məni özünə müavin götürməyi təklif etdi və mənim bütün dəftər-kitabımın hazır olduğunu söylədi. Həmin şəxs də mənim işimlə məşğul olacağını bildirdi. Həmin şəxslərə hər hansı hədiyyə alıb verməmişəm, ancaq restoranın hesablarını həmişə mən ödəmişəm.
2011-ci ilin yenə noyabr ayının axırlarında Həsən mənə zəng vurub Şamaxının icra başçısı Asif (Soyadı Məmmədov. Bu şəxs 2013-cü ildə “eşşək heykəli qalmaqalı”na görə tutduğu vəzifədən azad edilib. Asif Məmmədov deputat İqbal Məmmədovun
[caption id="attachment_60519" align="alignleft" width="300"]

qardaşıdır - muel) adlı şəxslə görüşə göndərdi. Onunla icra hakimiyyətinin inzibati binasının qarşısındakı bağda görüşdüm, orna hər hansı hədiyyə alıb aparmadım, gəzə-gəzə söhbət etdik, Asif mənə dedi ki, sənin haqqında mənə deyiblər, mən sənin təyinatına etiraz etmirəm, onsuz da mən bir müddət sonra yerimi dəyişəcəm, elə sən özün mənim yerimdə qalarsan. Mənimlə onun arasında pul söhbəti olmadı, axşam Şamaxıda oteldə qaldım və səhərisi gün icra hakimiyyətinin 3-cü mərtəbəsində anket doldurdum və Bakıya qayıtdım. Həsənlə görüşdükdə o dedi ki, hər şey plan üzrə gedir, görək hansı rayon tez düzəlsə ora da gedəcəksən".
(ardı var)

Şərhlər