Menu

Azərbaycanda onlayn alqı-satqı səhifələri bloklanıb? - Hüquqşünasdan maraqlı araşdırma + FOTO

28.08.2020, 16:22
Azərbaycanda onlayn alqı-satqı səhifələri bloklanıb? - Hüquqşünasdan maraqlı araşdırma + FOTO

Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərdən sonra bu məsələ cəmiyyətdə sosial rezonans doğurub.

Hüquqşunas Toğrul Vəliyev marja.az-a bu barədə şərhində maraqlı məqamlara diqqət çəkib: "Bilidyiniz kimi qloballaşan dünyada onlayn alış-veriş günü gündən artmaqdadır. Eləcə də "Aliexpress" və ona bənzər səhifələrdən alınan məhsullar ölkə bazarında olan məhsulların qiymətinin formalaşmasında öz rolunu oynayır və inkişaf, istehlakçı hüquqlarının bərqərar olması, inhisarçılığın formalaşmaması məsələlərində önəmli təsirə malikdir.

Son zamanlar fikir versəniz "Aliexpress"dən alınan məhsulların çatdırılma pulu elə astranomik vəziyyətə gəlib çatıb ki, faktiki olaraq alış-veriş etmək mümkün deyil.

Məsələn 10 manat ekvivalentində bir məhsul almaq istədikdə 200 manatdan yuxarı çatdırılma pulu təklif edilir. Satıcılar isə Azərbaycanın yalnız xüsusi (bahalı) çatdırılma vasitələrini qəbul etdiyini əsas gətirirlər.

Bu isə bu alış-veriş səhifələrinin faktiki olaraq bloklanması deməkdir. Aliexpress satıcılarının verdiyi məlumata görə, Azərbaycan yalnız DHL, EMS kimi çatdırılma şirkətlərinin göndərişlərini qəbul edir".

Toğrul Vəliyev bununla bağlı apardığı araşdırmanı təqdim edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol