“KLAN BAŞÇILARINI ZƏRƏRSİZLƏŞDİRMƏYİN ZAMANI ÇATIB” – “Bunu etmədən müharibəyə başlamaq riskli olardı”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, ölkədə nə baş verir?

- İqtidar fərqindədir ki, həm bir çox şeylər qaydasınada deyil, həm də cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşdirilməlidir. Əgər illər öncə cəmiyyətdə sabitliyi təmin etmək üçün hansısa klanlarla hesablaşmaq lazım idisə, indi tam əksinə, cəmiyyətdə sabitliyi təmin edib ölkəni inkişafın yeni mərhələsinə keçirmək üçün klanları zərərsizləşdirmək lazımdır. Bu, həm də Qarabağın azadlığı uçün müharibəyə başlamaq baxımından zəruridir. Böyük siyasi və iqtisadi iddiaları olan klanları zərərsizləşdirmədən müharibəyə başlamaq çox riskli olardı. Xalqa zülm edib onu bir tikə çörəyə möhtac etməklə ev-eşiyindən didərgin salan, gerizəkalı və qəddar klan başçıları ilə vidalaşmağın zamanı çatıb. Prezident də bu istiqamətdə fəaliyyət göstərir.

- Klanların müqaviməti dövlətimiz üçün hansısa təhlükələr yarada bilərmi?

- Müəyyən problemlər yarada bilərlər. Çünki həm ayrı-ayrı dövlətlərə bağlıdırlar, həm də hakimiyyət daxilində ciddi kadr və maliyyə resurslarına malikdirlər. Amma hakimiyyət qətiyyətli və öz fəaliyyətində ardıcıl olub, həmçinin milli-demokratik qüvvələrlə sıx əməkdaşlıq edərsə, ölkəni böyük təlatümlərsiz yeni bir dövrə keçirmək mümkün olacaq. Ona görə ki, xalqımız sabitlik şəraitində dəyişiklik, iş, yüksək maaş, qanunların aliliyinin təmin olunmasını, ən başlıcası, Qarabağın azadlığını istəyir.

- Qüdrət bəy, "bir sifətli müxalifət" adlandırılanlar həmin klanlara pozuculuq fəaliyyətlərində dəstək verə bilərlərmi?...

- Əlbəttə, dəstək verə bilərlər. Müstəqillikdən danışıb Rüstəm İbrahimbəyova dəstək verməklərini, Qərbyönümlü siyasətçi olduqlarını bəyan edib, Azərbaycanın xarici siyasətinin referendumla müəyyən olunacağını elan etmələri məgər yaddan çıxıb? Əqidəli insanlar öz mövqelərini ortaya qoyub xalqdan səs istəyirlər. Onlar sübut etdilər ki, hakimiyyət naminə şeytanla da əməkdaşlığa hazırdırlar. Amma onların dəstəyindən nə çıxar ki? Müstəqillik illərində biz korrupsiyaya görə həbsə atılan nazirin vaxtilə ağır formada təhqir etdiyi insanlardan üzr istəməsini, bağışlanmasını diləməsini görmüşük. Zamanında təhqir olunanlar hakimiyyət naminə bunu qəbul etsələr də, xalqımız hər iki tərəfin bunu qeyri-səmimi etdiyinə əmin olduğundan nə təhqir edəni, nə də təhqir edəni bağışlayanı əfv etmədi. Xalq əmindir ki, elə ilk imkanda azacıq maraqları toqquşan kimi tərəflər bir-birini yenidən nəinki daha ağır formada təhqir edəcək, hətta bir-birinin ətini yeyəcəkdir. Ona görə də zamanla əzib, ən pis formada alçaltdıqlarına "bir sifətli müxalifət" deyib pişiklənməyin xeyiri yoxdur.

- Bəs onda sizin təbirinizcə desək, niyə pişiklənirlər?

- Bilirsiniz, həmin düşərgənin başçısı Əli Kərimli cəsarətsiz və prosesləri düzgün təhlil etmək imkanlarına malik olmadığına görə heç vaxt ciddi hadisələrə (son hadisələr, Belarusdakı hadisələr də daxil) zamanında münasibət bildirmir. Baxmayaraq başqa əhəmiyyətsiz məsələlər barədə dil boğaza qoymur. Gözləyir ki, mühüm hadisələr tam aydınlaşsın, sonra danışsın. Həm də bunu təkcə mən yox, onun bəzi tərəfdarları da artıq deyir. Amma xalqdan əfv diləmək əvəzinə Ə.Kərimlinin susqunluğunu dolayısı ilə dəstək kimi qiymətləndirib "suda batan saman çöpündən yapışan kimi" Əli Kərimliyə pişiklənməklə daha ciddi dəstək alacaqlarına ümid edirlər.

(Moderator.az)

635x100

Şərhlər

Sahib 2020-08-29 20:57:45

Naxçıvan klanı bilinmir nə millətidirlər. Bizim millət Naxçıvanlı Azərilər elə bizim kimi birtəhər yaşayırlar. Ümumiyyətlə o klanlar bilinmir nə millətidirlər. ..

Qoca 2020-08-29 17:06:19

Nə yazılırsa düz yazılır. ...

Mahir 2020-08-29 16:46:51

.....deputatlar da elə klanların dəyənəkləridir....

Əhli Maliyyə ebu yox, əbu-Zərə 2020-08-29 16:45:33

Dövləti-sərvəti Naxçıvan və xalq üçün deyil, özbaşına xərcləmək üçün yaxın şəbəkələrlə özəlləşdiriblər. Bu gün Covid-19a və quduz hərbi işğalçıya qarşı əldə 10-15 milyard ehtiyatı varmı?

Ziyalıya 2020-08-29 16:36:44

Söhbət Naxçıvanlıdan getmir. Naxçıvan klanından gedir. Əsl Naxçıvanlı qardaşlarımız Naxçıvanda əzab-əziyyət içində yaşayır. Çoxu da oradan qaçıb Türkiyədə ağır şəraitdə işləyir və yaşayırlar. Klan deyilən bir qrupun özlərindən başqa heç kim veclərinə də deyil

ZİYALI-ya 2020-08-29 16:33:05

məmurlar 30 ildir çapıb talayırlar,başa düşürlər ki yaxşı olmayacaq düzüb-qoşurlar

ebu Zerr-den Ziyaliya 2020-08-29 16:20:34

naxcivanli nazirlerin coxlugu ve ya azliginin Naxcivana ne xeyiri var? Belke xeyirleri olub?

Ziyalı 2020-08-29 15:48:45

Hörmətli admin, əziz şərurlu, bu dəfə də qorxaraq şərhimi verməsəniz, daha jurnalist olmanızı dilinizə gətirməyin.

Ziyalı 2020-08-29 15:47:30

Hakimiyyətdə naxçıvanlı qalıb ki? 35 nazir və ya komitə sədrindən cəmi 5-i naxçıvanlıdı. Onlar da getsin görək bəhanəniz nə olacaq? Bank-maliyyə sistemində naxçıvanlı var ki?

Ziyalı 2020-08-29 15:47:30

Hakimiyyətdə naxçıvanlı qalıb ki? 35 nazir və ya komitə sədrindən cəmi 5-i naxçıvanlıdı. Onlar da getsin görək bəhanəniz nə olacaq? Bank-maliyyə sistemində naxçıvanlı var ki?

Həbib 2020-08-29 14:28:32

Bizim rayonun icra başçılara həmişə naxçıvanlılar yerazlar olublar. Deputatlar da həmçinin. Budumu haqq ədalət bərabərlik.

Kənan 2020-08-29 14:21:35

o klanlar yə o regiyonlular o qədər varlanıb harınlayıblar ki başqa yerdən olanlara yuxarıdan aşağı baxırdılar və baxırlar da

Natiq 2020-08-29 13:46:56

Hansısa qüvvə naxçıvanlılarla ermənistanlılara vəzifə imkan verib əhalidən ayırıblar. Onlar da gələcəyi fikirləşməyib bu tırkaya gediblər. İndi isə dövran dəyişib hamı dırk edir görür ki nə varsa ancaq onlar üçündür onlarındır. Yəqin vaxt gələcək bu çox böyük problemlərə sə

Nazim 2020-08-29 13:43:08

Islahatcilar qanadi Azerbaycanlilar demekdir (muxtelif regionlarin temsilciler), Azerbaycanciligin eleyhine olanlar ise bir regionun maraqlarina xidmet eden ve bununla da dovleti zeifleden, insanlar arasinda keskin qeyri beraberllik yaradan naxcivanli-ermenistanli klanidir. Bu aci heqiqetdir

t.ədalət 2020-08-29 13:30:35

Müharibəyə başlamaq riskini,onsuz da karantin yaradıb.Evə qapanma yolu ilə əhalinin dirilik ruhu öldürülür ki,bu da erməniyə xidmət deməkdir.

Təhlili mənşəə 2020-08-29 13:08:11

Dərinə varanda Qafqaz Türkiyəsindən qalan Azərbaycanı da və xarici işlərini də hələ də gizli-aşkar haya çalışan klanlar idarə edirlər?

Sıravi görüntülər 2020-08-29 12:48:44

Uzun illər eyni tayfalar Azərbaycanda hansısa klana aid olmayan saf-azad söz sahibi qoymayıblar. Elə bu səbəbdən xalqın verilmiş haqqını beynəlxalq aləmə qabardan görünmür? S.Cəlaloğlu da vurğulayıb!

Nazim-ə əlavə 2020-08-29 12:37:05

Bu klan dedikləriniz dövlətin içində hakimiyyətin səriştəsizliyindən istifadə edən adamılardır.Hakimiyyət isə ölkədə qanunların aliliyini bir qrup adama tətbiq etmək istəmədiyindən belə hallar baş verib..İkincui tərəfdən hakimiyyət bölgüsü bir klantərəfindən mənimsənildiyindən (Naxçıvan-Ermənistanlı onlar bir-birinə nəzarətdən uzaq olma prinsipi ilə işləyiblər.Elə indi də həmin klanlar iş başındadırlar. Onu da qeyd etmək yerinə düçər ki, Naxçıvanlı klanının əksəriyyəti daha əvvəl Naxçıvanda lövbər salan Erazlardır.

Hüquqşünas 2020-08-29 12:31:12

Əvvəlcə klanları yaradana.onları 15-25 il bəsləyənlərə ölçü götürülməlidir.Əgər onlar iş bacaran,təcrübəli olsa idilər belə klanlar yaranmazdı.Ölkədə qanunların icrasına nəzarət sistemini çökdürərək belə klanların yaranmasına imkan verən hakimiyyət öncə cəzalanmalıdır.

Abdulla 2020-08-29 12:30:44

Haqlısız, amma sizin kimilərin də siyasətdən uzaqlaşdırılması vaxtı çoxdan çatıb!

veten dashı 2020-08-29 11:41:15

Mən milləti regionlara bölməyi qətiyyətlə pisləyirəm.Bu vətənin hər bir övladı bizim ücün dəyərlidir.Əlbəttə dövlətini və xalqını sevəni,,,,Qüdrət bəyin Əli bəyə ünvanladığı sözləri də bəyənmirəm...r,Siyasətçı siyasətlə məşğul olmalı yaramaz işlərlə məşğul olmamalıdır,Fazil bəylə onun son dövürdəki fəaliyyəti Səyaquşdan fərqlənmir......Qarabağ məsələsi daha cox gündəmdə olduğu vaxtda kimliyindən asılı olmayaraq özünü ziyallı sayan hər bir şəxs milli birlik və həmrəylik ideologiyası təbliğ edib ölkə rəhbərinin ətrafında birləşməlidir.Babalarımız düşmənin belə aşkar düşmənlik edənini məkirli gizli düşməndən dəyərli hesab ediblər....,Bu xalq yaxşını pisdən ayırmağı bacarır,,,

Kasıb 2020-08-29 11:37:29

Klan başçıları həm də quduzlamış bir neçə klanı məhv etmək lazımdır. Bu hakimiyət getsə o klanlar üçün yaxşı olmayacaq. Çünki yaxşı iş görməyiblər. Özləri də indi başa düşüblər bunu

veten dashı 2020-08-29 11:28:36

Mən milləti regionlara bölməyi qətiyyətlə pisləyirəm.Bu vətənin hər bir övladı bizim ücün dəyərlidir.Əlbəttə dövlətini və xalqını sevəni,,,,Qüdrət bəyin Əli bəyə ünvanladığı sözlər ikrah yaradır,Siyasətçı siyasətlə məşğul olmalı yaramaz işlərlə məşğul olmamalıdır....Qarabağ məsələsi daha cox gündəmdə olduğu vaxtda kimliyindən asılı olmayaraq özünü ziyallı sayan hər bir şəxs milli birlik və həmrəylik ideologiyası təbliğ edib ölkə rəhbərinin ətrafında birləşməlidir.Babalarımız düşmənin belə aşkar düşmənlik edənini məkirli gizli düşməndən dəyərli hesab ediblər.Siz danışın bu xalq sizləri daha yaxşı tanısın nə qədər çalışsas da maskalana bilməyəcəksiz,Bu xalq yaxşını pisdən ayırmağı bacarır,,,

B.Qarabağlı 2020-08-29 11:18:32

Ölkəni, yalnız aşağıdan yuxarı saf-neytral seçkilər xilas edə bilər. 26 il Qarabağa cürəti çatmayan dövlətiin ədaləti də yalnız buna çatar?

Şaiq 2020-08-29 10:55:38

Bizdə klan- mılan yoxdur yoldaş deputat. Bizdə, hökuməti təmsil edən korrupsioner nazirlərin, məmurların yaratdıqları rüşvətxor cinayətkarlar şəbəkəsi var. Bunlar Dövlət üçün çox böyük təhlükədirlər, əsasən də, işdən çıxarılmış, yağlı tikəsi əlindən alınmışlar. Quduz itdən betər təhlükəlidirlər..

Kamil 2020-08-29 09:49:47

Qütdət bəy çox sağ olun ki bu klanlar mövzusunu tez-tez mətbuatda hallandırırsınız. Bəlkkə imkan verələr indən sonra əhalinin başqa təbəqəsi də haradasa işləyər, ya bir iş görər 5-10 manat qazana bilər.

RT 2020-08-29 09:40:55

Malades Qûdret !!! El halal sene ,,,,,,,, Berekalla ,,,, Aferin ,,,,,, Caqeeeeeeee ,,,,,,, Sûkani bele saxlaaaaaaa ,,,,,,,, Xalq seni sevir ,,,,,,

Azəri 2020-08-29 09:39:38

Klan deyəndə ölkədə 2 klan var. Naxçıvan və ermənistan klanları. Ölkənin uzun illərdir bütün əsas vəzifələri, biznesi,iqtisadiyyatı bu klanların əlindədir. Adicə Ramizin toyunu götür, orada Naxşçıvanlılar və ermənistanləlardan başqa heç kim yoxdur. İndiki davanı götürək, hansı ki, düzdür yalandır,uydurmadır, hallananlar hamısı yenə bu klanlardır. Ölkənin talan qarət edənlər bu bu regiyonun nümayəndələridir. Gələn neft milyardlarından da ancaq bu klanlar bəhrələniblər. Qalan əhaliyə adi işə girməyə belə imkan verilməyib,yaxın buraxılmayıb,yad millət kimi baxılıb. Əhalinin bu az hissəsi 10 milyonluq əhalini qul kimi işlədiblər. İndi də ədalətdən, ayrı-seçkilikdən dəm vurmaq görüntü yaratmaq istəyirlər Ayrı-seçkiliyi salanlar da bunlar olublar. Mən bu yazdığım reallıqdır, uzun illərdir bu belə olubdur,indiyə kimi də deyiblər yaxşı edirik, indi yəqin yaxşı edirik deyə bilmirlər. Hərəsi bir nağıl danışır. XAHİŞ EDİRƏM BU YAZINI imkan varsa elə beləcə də verin.

Nazim 2020-08-29 09:25:12

Elbette dovlete qarwi olan klanlarla mubarize aparimalidir, ancaq dehwetlisi odur ki mubarizeden daniwan hemin bu qudret .h-v ozu ramiz mehdiyevin klaninin numayendesidir...

Son yazılar