Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Həmçinin virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.
Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.
Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:
5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.
Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

Şərhlər
TƏBİB-in bu işlərin öhdəsindən gələ bilmədiyi,dərman təchizatında neqativ hallar,xstələrə xidmətin yarıtmazlığı dəfələrlə tsdiqini tapdığı haldat nyə diqqətə alınıb.ölşü götürülmür.Niyə bu sahə özbaşına buraxılıb? Bəs Operativ Qərargah niyə bu sahəyə dqqət etmir və yalnız əsassız,düşünülməmiş Qərarlarla insanların həyatını çətinləşdirir? Operativ Qərərgahın təçkil etdiyi brifinqlərdə niyə ixtisasl,iliklibı,təceübəli şxslər iştirak etmir? Varici Əlaqlər şöbə rəisinin tibblə nə əlaqəsi?tv tibb işçiləri t .ıt
Sahil Babayevin hesablamalarını onun özündən başqa heç kim anlaya bilməz....insanlarla məzələnirlər.əslində 190 manatın özü əsası olmayan rqəmdir ki, bunu S.Babayev uydurub.Hadı getdi indi Sahil insanların həyatı ilə oynayır....ı bu adamlar həyat üçün təminatdan məhrum olublar.Onların sayı bəllidirmi?bB
Operativ Qərargah niyə əhaliyə zülm edir?Bu insanlar sizə nə edib ki,qoz qabığına soxmusunuz?Axı nə Sizin statistikanız,n qərarlarınız əsaslı və inandırıcı omadığı göz önündədir.Yaxşı olmazdımı insanlara doğrunu söyləyəsiniz..Axı sağlam insanlarn rayonlara getmə və ya gəlmsi niyə qadağan olmalıdır.Axı burada məntiq yoxdur.Əgər TƏBİB düz,ağıllı səhiyyə işləri aparırsa niyə belə olmalıdır.Ehtimal ki, TƏBİB özü öz işində inamlı olmadığı halda belə ola bilər.O zaman TƏBİB-i bu işlərdən kənar edin.Qoy Səhiyyə Nazirliyi öz işləri ilə məşğul olsun.b
Hörmətli Azpolitika saytı sizin vasitənizlə operativ Qərargaha sual vermək istəyirəm.Həftənin 6-cı günləri nəqliyyatı işlətməməklə işə gedən insanlara nə qədər maddi ziyan vurduğunuzun fərqindəmisiniz?Axı bu qərar absurdur.3 aydır insanları taksidən istifadəyə məcbur edirsiniz.ictimaiət sizin bu qərarınızın taksi şirkətlərinin çox qazanması üçün verilmiş qəraq kimi qəbul edir.
Səriştəsiz karantin qaydalarınız 6 ayda heç bir effekt vermədi. Əksinə insanların immunitetini minimuma endirdi.
Nə etməlidir? Ayağın uzadıb ölməlidir?dəfələrlə aidiyyatı qurumlar bu sualı ünvanlasamda təssüfki hələdə cavab ala bilməmişəm
Əgər bu şərhləri məmurlar oxuyursa onlardan soruşuram Bakı qeydiyyatı olan işsiz adam əgər 190 manat ala bilmitsə rayonda adına torpaq ola ola 6 aydır rayona buraxılmırsa vətəndaş nə rtməlidir
Görəsən sanitar-epidemioloji vəziyyəti hansı "alin"."üləma" təhlil edir.Əgər TƏBİB bunu edirsə deməli o söz!y
Bu xəstəliyi fırladıb öz məqsədləriniz üçün, kreslo davası üçün istifadə etməyin..Kreslo davasını başqa üsullarla edirsiniz,o bəs edər. İmkansız əhali yazıqdır, əl çəkin kasıbkarlığını etsinlər, əsəbdən xəstəlikdən qurtulsunlar
Ne qeder esassiz ve hamii ucun zererli qeratr.