“Rusiya Belarusdakı prezident seçkilərinin legitimliyini, Lukaşenkonu isə onun qalibi olaraq tanıyır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Belarusdakı seçkilərə gəlməməsi təşkilatın mövqeyinin öncədən hazır olduğuna dair əsas yaradır”, - ölkə başçısı vurğulayıb.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 2 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.


Şərhlər
"malades"
Putini Belorus xalqının taleyi düşündürmür.Rusiya bu işə barmağını soxubsa,deməli tezliklə dünya bu işə reaksiya verəcək.Həmişə olduğu kimi,burada da Rusiya istəyinə nail ola bilməyəcək,Belorusiya rus işğalından azad olacaqdır.
Yoxbir hele tanimayinizdaaa ((( Naqil danishillareee ayib ayib